“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.03.2013, 09:56
1469

24 mart

A- A+

24 mart 1872 - Görkəmli yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi anadan olub...

Azərbaycan

 

24 mart 1872 - Görkəmli yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi (1872-1.5.1950) Naxçıvanın Ordubad şəhərində doğulub. "Dumanlı Təbriz", "Qılınc və qələm", "Döyüşən şəhər", "Gizli Bakı" romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.

 

24 mart 1938 - Xalq artisti, aktyor, rejissor Həsənağa Turabov (1938 - 23.2.2003) anadan olub. 1960-cı ildən Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib. “Yeddi ogul istərəm”, “Babək”, “Qəm pəncərəsi” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb, “Qaçaq Nəbi” (“Atları yəhərləyin”) filminə quruluş verib.

 

Dünya

 

24 mart 1926 - İtalyan dramaturqu, rejissor, teatr nəzəriyyəçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1997) laureatı Dario Fo anadan olub.
 

24 mart 1930 - Amerika kinoaktyoru Stiv MakKuin (Steve McQueen, 1930-1980) anadan olub. “Möhtəşəm yeddilik” , “Qaçış” filmlərində çəkilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi