“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.03.2013, 10:37
1311

7 mart

A- A+

7 mart 1926 - Azərbaycan xalq şeirinin görkəmli nümayəndəsi Aşıq Ələsgər vəfat edib...

Azərbaycan

 

7 mart 1908 - Xalq rəssamı Salam Əbdülqasım oğlu Salamzadə (1908-1997) anadan olub. Azərbaycan modernizminin nümayəndələrindən biridir. Əsərləri: “Toxuculuq fabriki”, “Fermada qadın” və s.

 

7 mart 1926 - Şərqşünas Böyükağa Murtuza oğlu Hüseynov (1926-31.5.1983) anadan olub.
 

7 mart 1926 - Azərbaycan xalq şeirinin görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821-1926) vəfat edib. Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulub. Həyatın çox gərdişindən keçən, 1918-ci ildə qaçqınlıq taleyi yaşayan sənətkar ömrünün sonuna yaxın doğulduğu kənddə qayıdın və orada dünyasını dəyişib.

 

7 mart 1929 - Dilçi alim, professor Türkan Əşrəf qızı Əfəndiyeva anadan olub.

 

7 mart 1945 - Xalq artisti Xuraman Hacıyeva (1945-15.2.2005) anadan olub. "Arşın mal alan" (1965, Asya), “Lətifə” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib. Gənc Tamaşaçılar, Naxçıvan Musiqili Dram teatrlarında işləyib.

 

Dünya

 

7 mart 1765 - Fransız alimi, fotoqrafiyanın ixtiraçısı sayılan Jozef Nisefor Nieps (Joseph Nicephore Niepce, 1765-1833) anadan olub.
 

7 mart 1785 - İtalyan yazıçısı Alessandro Manzoni (Alessandro Francesco Tommaso Manzoni; 1785-1873) anadan olub.
 

7 mart 1855 - Görkəmli fransız yazıçı-mütəfəkkiri, mesenat Rober de Monteskyu (Marie Joseph Robert Anatole de Montesquiou-Fezensac; 1855-1921) anadan olub. 

 

7 mart 1875 - Fransız impressionist rəssamı, dirijor, XX əsr musiqisinin islahatçılarından biri Moris Ravel (Joseph Maurice Ravel, 1875-1937) anadan olub. 

 

7 mart 1908 - İtalyan aktrisası, “Oskar” laureatı (1955) Anna Manyani (Anna Magnani 1908-1973) anadan olub.
 

7 mart 1910 - Gürcü kinorejissoru, SSRİ Xalq artisti Dmitri Aleksandroviç Aleksidze (1910-1984) anadan olub.
 

7 mart 1924 - Görkəmli yapon yazıçısı, dramaturq, ssenarist Kobe Abe (əsl adı Abe Kimifusa; 1924-1993) anadan olub. “Qumsallıqda qadın”, “Özgə sifət” və s. romanların müəllifidir.

 

7 mart 1928 — Rus yazıçısı Vladimir Alekseyeviç Çivilixin (1928-1984) anadan olub.

 

7 mart 1941 - Məşhur aktyor, Rusiyanın Xalq artisti Andrey Aleksandroviç Mironov (Menaker; 1941-16.8.1987) anadan olub. Filmləri: “Brillyant əl”, “12 stul”, “Avtomobildən qorun”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları” və s.

 

7 mart 1945 - Amerika fantast-yazıçısı Elizabet Mun (Elizabeth Moon) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi