2 mart
2 mart 1945 - Tanınmış tərcüməçi, nasir Zeydulla Ağayev (1945-2014) anadan olub..
Azərbaycan
2 mart 1828 - Tarixçi, şair Əhməd bəy Cəfərqulu bəy oğlu Cavanşir (1828 - 9.1.1903) anadan olub. Qarabağ xanlığının tarixinə dair kitabın müəllifidir. Pənahəli xanın nəslindəndir, Həmidə xanım Cavanşir-Məmmədquluzadənin atasıdır.
2 mart 1945 - Tərcüməçi, nasir, filologiya elmləri doktoru, professor Zeydulla Abdulla oğlu Ağayev (1945 - 17.2.2014) Masallı rayonunda anadan olub. İngilis dilindən ədəbi tərcümələr edib, Azərbaycan yazıçılarının əsərlərini ingiliscəyə çevirib.
2 mart 1992 - Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunub. BMT Baş Assambleyasının 46-cı sessiyasının 82-ci iclasında, Azərbaycanla yanaşı, keçmiş SSRİ-nin daha 7 respublikası (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Moldova, Ermənistan) BMT-yə qəbul edilib. Daha üç respublika - Litva, Latviya, Estoniya 1991-ci ilin dekabrında BMT-yə üzv olmuşdular. Rusiya, Ukrayna və Belarus hələ SSRİ dövründən formal olaraq BMT-nin üzvü idi. Gürcüstan isə 1992-ci ilin iyulunda təşkilata qəbul olundu.
Dünya
2 mart 1800 - Rus şairi Yevgeni Abramoviç Baratınski (1800-1844) anadan olub.
2 mart 1824 - Cex milli bəstəkarlıq məktəbinin yaradıcısı, pianoçu və dirijor Bedrix Smetana (Bedrich Smetana, 1824-1884) anadan olub.
2 mart 1824 - Rus yazıçısı və pedaqoqu, uşaqlar üçün nağılların müəllifi Konstantin Dmitriyeçiç Uşinski (1824-1871) anadan olub.
2 mart 1859 - Yəhudi milli ədəbiyyatının (idiş dilində) yaradıcılarından biri, məşhur yazıçı-dramaturq Şolom-Aleyxem (Şolom Naumoviç Rabinoviç, 1859-1916) anadan olub.
2 mart 1936 — SSRİ Xalq artisti, teatr və kino aktrisası İya Sergeyevna Savvina (“Qaraj” kinokomediyasında Akinfeyeva) anadan olub.
2 mart 1962 — Məşhur amerikalı musiqiçi, “Bon Jovi” qrupunun yaradıcısı, aktyor Con Bon Covi (John Francis Bongiovi - Jon Bon Jovi) anadan olub.
2 mart 1968 - İngilis aktyoru, “Agent 007” haqqında filmlərdə Ceyms Bond rolunun ifaçısı Deniel Rafton Kreyq (Daniel Wroughton Craig) anadan olub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: