“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.03.2013, 09:08
1468

26 mart

A- A+

26 mart 1910 - Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Ələkbərov anadan olub...

Azərbaycan

 

26 mart 1893 - Məşhur opera müğənnisi, Xalq artisti Fatma Səttar qızı Muxtarova (1893 - 19.10.1972) Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Uşaq yaşlarında ailəsi Rusiyaya köçüb, Rostovda, Peterburqda yaşayıblar. 20-30-cu illərdə Rusiya, Ukrayna, Gürcüstan teatrlarında çıxış edib. 1938-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. “Karmen” operasında baş rolun əvəzsiz ifaçısı kimi tanınıb.

 

26 mart 1902 – Tanınmış xanəndə, Əməkdar artist Yavər Əli qızı Kələntərli (1902-5.2.1979) Şamaxıda anadan olub.

 

26 mart 1910 - Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov, 1910-31.1.1963) anadan olub. 1933-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Teatr tamaşalarında (“Vaqif” - S.Vurğun, “Otello” - V.Şekspir və s.), kinofilmlərdə (“Fətəli xan» - Fətəli xan, “Qara daşlar” - İsmayılzadə, «Səhər» - Rəhim bəy, «Böyük dayaq» - Rüstəm kişi və s.) unudulmaz obrazlar yaradıb.

 

26 mart 1910 - Məşhur yazıçı-dramaturq Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov, 1910-1970) Şəkidə anadan olub. Əsərləri: "Toy", "Xoşbəxtlər", "Əliqulu evlənir", “Nişanlı qız” pyesləri, "Nina" romanı, "Vəfasız", "Son faciə" povestləri və s. “Arşın mal alan” (1945)", "O olmasın, bu olsun, "Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenarilərinin, “Yeddi gözəl” baletinin (Qara Qarayev) librettosunun müəllifidir.

 

Dünya

 

26 mart 1874 - Amerikanın ən məşhur şairlərindən biri Robert Frost (1874-1963) San-Fransiskoda doğulub.

 

26 mart 1908 – Rus yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Sergey Venediktoviç Sartakov (1908-2005) anadan olub. “Sayansk dağları”, “Məhək daşı”, “Qurğuşun momument” və s. romanların müəllifidir.

 

26 mart 1911 - Amerika yazıçı-dramaturqu Tenessi Uilyams (Tennessee Williams, 1911-1983) anadan olub. Pyesləri: “Arzu” tramvayı” (Azərbaycanda da tamaşaya qoyulub), “Şüşə qəfəs”, “İquana gecəsi” və s. Əsərləri əsasında filmlər çəkilib.

 

26 mart 1933 - Məşhur italyan rejissoru Tinto (Giovanni ) Brass anadan olub. Filmləri: “Kaliqula”, “Açar” və s 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi