“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.03.2013, 10:22
1363

23 mart

A- A+

23 mart 1875 - Türk şairi və mütəfəkkiri, türk millətçiliyi məfkurəsinin yaradıcısı Ziya Göyalp anadan olub....

Azərbaycan

 

23 mart (bəzi mənbələrdə 1 aprel) 1914 - Şair Zeynal Xəlil (Zeynal Rza oğlu Xəlilov, 1914 - 11.8.1973) Gəncədə anadan olub. "Arzular", "İki dünya", "Bənövşə", "Günəş, dəniz və insan" və s. şeir kitablarının, "Ulduzlar" mənzum romanının, "İntiqam", "Qatır Məmməd" və s. pyeslərin müəllifidir.

 

23 mart 1920 - Bəstəkar, musiqişünas, pedaqoq Əşrəf Cəlal oğlu Abbasov (1920-1992) anadan olub.

 

23 mart 1942 – Şair, yazıçı, uşaqlar üçün çoxsaylı əsərlərin müəllifi Zahid Abdulla oğlu Xəlil Yevlax şəhərində anadan olub.

 

23 mart 1946 – Yazıçı, şair Seyran Səxavət (Seyran Əsgər oğlu Xanlarov) Füzuli rayonunun Yağlıvənd kəndində doğulub. “Daş evlər”, “Nekroloq”, “Polad toxumu” və s romanların, povest, hekayə və şeirlərin müəllifidir.

 

Dünya

 

23 mart 1826 - Çex əsilli Avstriya bəstəkarı Lüdviq Minkus (Ludwig Minkus, 1826-1907) anadan olub. “Don Kixot”, “Qızıl balıq” və s. baletlərin müəllifidir.

 

23 mart 1875 - Məşhur türk şairi, yazıçısı və mütəfəkkiri, türk millətçiliyi məfkurəsinin yaradıcısı Ziya Göyalp (Mehmet Ziya Gökalp, 1875 - 25.10.1924) Diyarbəkirdə doğulub.

 

23 mart 1881 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1937) laureatı Roje Marten dü Qar (Roger Martin du Gard, 1881-1958) anadan olub.

 

23 mart 1900 - Alman əsilli Amerika filosofu, psixoanalitik, neofreydizmin banilərindən biri Erix Fromm (Erich Seligmann Fromm, 1900-1980) anadan olub.

 

23 mart 1910 - Dünya şöhrətli yapon kinorejissoru Akira Kurosava (1910-1998) anadan olub. “”Yeddi samuray”, “Dersu Uzala” və s. flimlərə quruluş verib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi