“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.03.2013, 09:12
1531

17 mart

A- A+

17 mart 1919 – Görkəmli aktyor, rejissor Hüseyn Ərəblinski qətlə yetirilib...

Azərbaycan

 

17 mart 1905 - Şair, nasir, tərcüməçi Mikayıl Manaf oğlu Rzaquluzadə (1905 - 10.11.1984) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.

 

17 mart 1919 – Görkəmli aktyor, rejissor Hüseyn Məmməd oğlu Ərəblinski (Xələfov; 1881-1919) qətlə yetirilib. Ərəblinski Azərbaycanın professional teatr sənətinin banilərindən biridir. “Müsəlman artistləri” cəmiyyəti, "Nicat" teatr cəmiyyətində çalışıb. 1916-cı ildə "Neft və milyonlar səltənətində" filmində Lütfəli bəyi rolunu oynayıb.

 

17 mart 1932 - Fəlsəfə elmləri doktoru Zümrüd Əliqulu qızı Quluzadə аnаdаn оlub. Hürufilik, Nizami, Nəsimi, Füzulinin fəlsəfi görüşlərinə dair tədqiqatların müəllifidir.

 

Dünya

 

17 mart 1856 - Polyak əsilli məşhur Rusiya rəssamı, dekorativ pannolar və freskalar müəllifi Mixail Aleksandroviç Vrubel (1856-1910) anadan olub.

 

17 mart 1901 - Amerika kino bəstəkarı, dirijor, aranjemançı Alfred Nyuman (Alfred Newman; 1901-1970) anadan olub. 9 dəfə “Oskar” mükafatı laureatı olub.

 

17 mart 1926 - Alman yazıçsı Ziqfriq Lens (Siegfried Lenz) anadan olub. Əsərləri (“Çörək və tamaşa”, “Alman dili dərsi” və s.) 30-dan çox dilə tərcümə edilib.

 

17 mart 1938 - Tatar-başqırq əsilli dünya şöhrətli balet artisti Rudolf Hametoviç Nuriyev (1938-1993) anadan olub. 1961-ci ildə SSRİ-dən Britaniyaya mühacirət edib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi