“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.02.2013, 09:40
1818

14 fevral

A- A+

14 fevral 1956 - Azərbaycan televiziyasının yarandığı gündür. Bakı televiziya studiyası yayıma başlayıb...

Azərbaycan

 

14 fevral Azərbaycan Hərbi Hava Qüvvələri günüdür. 1992-ci il fevralın 14-də Azərbaycan Ordusunda Hərbi Hava Qüvvələrinin ilk bölməsi formalaşıb. Hərbi Hava Qüvvələri günü Prezident Əbülfəz Elçibəyin 14 sentyabr 1992-ci il tarixli fərmanı ilə təsis olunub.

 

14 fevral 1925 - Xalq artisti, dirijor Nazim Əsədulla oğlu Rzayev (14.02.1925) anadan olub. 

 

14 fevral 1940 - Azərbaycan Televiziyasının ilk diktorlarından olan Tamara Cəfər qızı Gözəlova-Ağamirova Bakıda anadan olub. 1956-1959-cu illərdə televiziyada çalışıb. “O olmasın, bu olsun” filmində Gülnaz roluna çəkilib. 1965-ci ildə BDU-nu kitabxanaçılıq ixtisası üzrə bitirərək Milli Kitabxanada fəaliyyətə başlayıb.

 

14 fevral 1945 - Nasir, publisist İntiqam Alı oğlu Mehdizadə İsmayıllı şəhərində doğulub. Uzun müddət Azərbaycan televiziyasında işləyib. Hazırda Mədəniyyət və İncəsənət Universitetində çalışır.

 

14 fevral 1956 - Azərbaycan televiziyasının yarandığı gündür. Həmin gün Bakı televiziya studiyası yayıma başlayıb. Telestudiya əvvəlcə həftədə 3 dəfə, 1957-ci ildən 5 dəfə 2 saatlıq proqramla efirə çıxırdı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artırıldı. 70-ci illərdə gündəlik verilişlərin yayım həcmi 10, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ildən 24 saatlıq fasiləsiz yayıma keçib.

 

14 fevral 1980 - Görkəmli aktyor, rejissor, Xalq artisti Rza Təhmasib (20.4.1894, Naxçıvan - 1980) vəfat edib. “Qanun naminə” (Qaloş), “Bakıda küləklər əsir” (Şahmar bəy) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Onu bağışlamaq olarmı?”, “Bakının işıqları” və s. filmlərə quruluş verib.

 

Dünya

 

14 fevral 1483 - Özbək şairi və yazıçısı, dövlət xadimi, Böyük Moğollar dövlətinin qurucusu Zahirəddin Məhəmməd Babur (1483-1530) anadan olub. Əmir Teymurun nəslindəndir, tarixi janrda ilk ədəbi nümunələrdən olan “Baburnamə”nin müəllifidir.

 

14 fevral 1813 - Rus bəstəkarı Aleksandr Sergeyeviç Darqomıjski (1813-1869) anadan olub.

 

14 fevral 1855 - Rus yazıçısı, şair, ədəbiyyatşünas Vsevolod Mixayloviç Qarşin (1855-1888) anadan olub.

 

14 fevral 1908 - Məşhur rus arxeoloqu, şərqşünas, Cənubi Qafqaz tarixinin tədqiqatçısı Boris Borisoviç Piotrovski (1908-1990) anadan olub. Uzun illər Dövlət Ermitajına (Sankt-Peterburq) rəhbərlik edib.

 

14 fevral 1914 - İtalyan kinorejissoru, ssenarist Pyetro Cermi (Pietro Germi, 1914-1974) anadan olub. Kinoda neorealizmin tanınmış simasıdır, “İtalyansayağı boşanma” filminə görə “Oskar” mükafatı (1963) alıb.
 

14 fevral 1936 - Məşhur polyak-sovet estrada müğənnisi, bəstəkar Anna German (1936-1982) Özbəkistanın Urgenc şəhərində doğulub, 1945-ci ildə ailəsi Polşaya köçüb.
 

14 fevral 1944 - İngilis rejissoru və ssenaristi Alan Parker (Alan William Parker) anadan olub. “Gecəyarısı ekspessi”, “Mələk ürəyi” filmlərini çəkib, dəfələrlə Kann kinofestivalının qalibi olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi