“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.02.2013, 09:24
1514

19 fevral

A- A+

19 fevral 1473 - Görkəmli polyak astronomu, riyaziyyatçı, mütəfəkkir Nikolay Kopernik anadan olub...

Azərbaycan

 

19 fevral 1949 - Ədəbiyyatşünas alim, tərcüməçi, publisist, filologiya elmləri doktoru Adilxan Hüseynəli oğlu Bayramov anadan olub. Səməd Vurğunun yaradıcılığına dair tədqiqat əsərlərinin müəllifidir.

 

19 fevral 2007 – Prezident İlham Əliyev “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzalayıb.

 

Dünya

 

19 fevral 1473 - Görkəmli polyak astronomu, riyaziyyatçı, mütəfəkkir Nikolay Kopernik (1473 - 24.5.1543) anadan olub. Elmdə ilk inqilab sayılan dünyanın heliosentrik sistemi (planetlərin günəş ətrafında fırlanması) nəzəriyyəsinin banisidir.

 

19 fevral 1743 - İtalyan bəstəkarı, simli kvartet musiqi janrının banilərindən biri Luici Bokkerini (Luigi Boccherini, 1743-1805) anadan olub. 

 

19 fevral 1821 - Alman dilçi alimi, linqvistikanın tanınmış simalarından biri Avqust Şleyxer (August Schleicher, 1821-1868) anadan olub.

 

19 fevral 1878 - Məşhur Amerika ixtiraçısı Tomas Edison (1847-1931) ilk səsyazma çihazını - fonoqrafı icad edib.
 

19 fevral 1884 - Gürcü yazıçısı Leo Kiaçeli (Leon Mixayloviç Şenqelaya, 1884-1963) anadan olub.
 

19 fevral 1899 - Rus yazıçısı, şair və dramaturq Yuqi Karloviç Oleşa (1899-1960) anadan olub.
 

19 fevral 1931 - Teatr və kino aktrisası, Rusiyanın Xalq artisti Alla Dmitriyevna Larionova (1931-2000) anadan olub.
 

19 fevral 1945 - Tanınmış rus müğənnisi və bəstəkarı, Rusiyanın Xalq artisti Yuri Mixayloviç Antonov Daşkənddə (Özbəkistan) doğulub.
 

19 fevral 1948 - İngilis gitaraçısı, “Black Sabbath” rok qrupunun qurucusu Toni Ayommi (Tony Iommi - Frank Anthony Iommi) anadan olub.
 

19 fevral 1952 - Yapon yazıçısı, ssenarist və kinorejissor Ryu (Ryunoske) Murakami anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi