“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.02.2013, 09:51
1639

11 fevral

A- A+

11 fevral 1981 - Xalq artisti, görkəmli aktyor Möhsün Sənani vəfat edib...

Azərbaycan

 

11 fevral Azərbaycanda vergi xidməti işçilərinin peşə bayramı günüdür. 11 fevral 2000-ci il tarixdə Prezident Heydər Əliyev Baş Dövlәt Vergi Müfәttişliyinin lәğv edilməsi, onun bazasında Vergilәr Nazirliyinin yaradılması barədə fərman verib. Peşə bayramı 2005-ci ildən qeyd olunur.

 

11 fevral 1914 - Xalq artisti Rəmziyyə Veysəlova (1914-22.8.1993) Bakıda anadan olub. Uzun illər Gəncə Dram Teatrının aktrisası olub.

 

11 fevral 1920 - Ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü Əziz Mirfeyzulla oğlu Mirəhmədov (1920-2003) Bakıda anadan olub. Üçcildlik  "Azərbaycan ədəbiyyatı tarixi"nin müəlliflərindən biridir.
 

11 fevral 1930 - Ədəbiyyatşünas, şərqşünas, tərcüməçi Əbülfəz Haşım oğlu Rəhimov anadan olub. Əbdi bəy Şirazi, Bədr Şirvani və başqaları haqqında tədqiqatların müəllifidir.
 

11 fevral 1940 - Neftçala rayonunun yarandığı gündür. Həmin vaxtadək Salyan rayonun tərkibində olub. 1959-cu ildə yenidən Salyan rayonuna qatılıb, 1963-cü ildə təkrar ayrıca ərazi-inzibati vahid (rayon) kimi təşkil olunub.

 

11 fevral 1981 - Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənani (Möhsün Sadıq oğlu Cəfərov; 19.6.1900, Tiflis - 1981) vəfat edib. “Kəndlilər” (1939), “Fətəli xan” (1947), “O olmasın, bu olsun” (1956), “Sehrli xalat” (1964), “Dağlarda döyüş” (1967) və s. filmlərində çəkilib.

 

11 fevral 1992 - Erməni silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal edib.

 

Dünya

 

11 fevral 1657 - Fransız yazıçısı və alimi Fontenel (Bernard le Bovier de Fontenelle, 1657-1757) anadan olub.
 

11 fevral 1802 - Amerikalı yazıçı, feminist, hinduların hüquqları uğrunda mübariz Lidiya Mariya Çayld (Lydia Maria Child, 1802-1880) anadan olub.

 

11 fevral 1829 - Rus şairi və dramaturqu, Rusiya imperiyasının Tehrandakı səfiri Aleksandr Sergeyeviç Qriboyedov (1795-1829) qətlə yetirilib. Türkmənçay müqaviləsinin (10 fevral 1828) hazırlanması və imzalanmasında iştirak Qriboyedov həmin müqavilənin ildönümündə bir qrup dindarın rus səfirliyinə basqını zamanı öldürülmüşdü. Bu hadisədən sonra İran şahı Rusiya ilə münasibətləri sahmanlamaq üçün üzrxahlıq olaraq Peterburqa böyük miqdarda qızıl və daş-qaş göndərdi. A.Qriboyedov “Ağıldan bəla” komediyasının müəllifidir.

 

11 fevral 1887 - Məşhur rus-sovet rəssamı, monumentalist-heykəltəraş İvan Dmitriteviç Şadr (İvanov, 1887-1941) anadan olub.

 

11 fevral 1894 - Rus yazıçısı, uşaqlar üçün çoxsaylı populyar hekayə və nağılların müəllifi Vitali Valentinoviç Bianki (1894-1959) anadan olub.
 

11 fevral 1900 - Alman filosofu, “fəlsəfi hermenevtika”nın banisi Hans-Georq Qadamer (Hans-Georg Gadamer, 1900-2002) anadan olub.
 

11 fevral 1902 - Rus aktrisası, SSRİ Xalq artisti Lyubov Petrovna Orlova (1902-1975) anadan olub.

 

11 fevral 1917 - Amerika yazıçısı və ssenaristi Sidni Şeldon (Sidney Sheldon, 1917-2007) anadan olub.
 

11 fevral 1926 - Kanada və Amerika komediya aktyoru Lesli Nilsen (Leslie William Nielsen, 1926-2010) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi