“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.06.2014, 17:42
1247

2012-ci il - xronika

A- A+

2012-ci il yanvarın 23-də Soçidə, “Grand Polyana” mehmanxanasının “Qəbullar evi”ndə Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın üçtərəfli görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə edilib. Danışıqların yekunlarına əsasən Birgə bəyanat qəbul olunub.

Bəyanatda üç ölkənin dövlət başçılarının 2008-ci il noyabrın 2-də Moskva Bəyannaməsinin qəbul edildiyi vaxtdan keçən dövr ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair böyük həcmdə iş görüldüyü, münaqişənin tənzimlənməsinin Əsas Prinsiplərinin razılaşdırılması məsələsində irəliləyiş əldə edildiyi qeyd edilir və tərəflərin bu prosesi sürətləndirməyə hazır olduqlarını vurğulanırdı.

Prezidentlər təsdiqləmişlər ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından etimadın möhkəmlənməsi tədbirlərindən biri tərəflər arasında humanitar əlaqələrin inkişaf etdirilməsidir. Bununla əlaqədar, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri ziyalıların, elmi və ictimai dairələrin nümayəndələri arasında dialoqun daha da möhkəmlənməsinə hazır olduqlarını bəyan etmişlər.

 

Xəbərlər
Redaktorun seçimi