“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.06.2014, 14:49
1364

2013-cü il - xronika

A- A+

2013-cü il noyabrın 19-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü olmuşdur.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirak etdiyi görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilmişdir. 

ATƏT-in Minsk qrupunun həmsədrləri görüşlə bağlı press-reliz yaymışlar.

Press-relizdə deyilirdi ki, bu, 2012-ci ilin yanvarında Soçidə keçirilmiş sammitdən sonra prezidentlərin ilk görüşüdür. Prezidentlər münaqişənin dinc yolla tənzimlənməsinə nail olmağa yönəlmiş növbəti danışıqlara təkan verməyə razılaşmış və öz xarici işlər nazirlərinə tapşırmışlar ki, əvvəllər görülmüş işlər əsasında sülh prosesinin intensivləşdirilməsi məqsədi ilə həmsədrlərlə birlikdə işi davam etdirsinlər. Onlar qarşıdakı aylarda yenidən görüşmək barədə razılığa gəlmişlər.

ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara da Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü ilə bağlı bəyanat yaymışdır. ATƏT sədri inandığını bildirmişdir ki, Azərbaycanın və Ermənistanın yüksək səviyyədə dialoqu tərəflər arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edəcək, münaqişənin nizamlanması üzrə danışıqlar prosesinə müsbət stimul verəcəkdir.

 

Həmin gün Birləşmiş Ştatlarda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Vaşinqtonda ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması da müzakirə olunmuşdur. Görüşdən sonra keçirilən mətbuat konfransında türkiyəli nazir amerikalı həmkarı ilə ortaq qənaəti ifadə edərək bildirmişdir ki, bu münaqişənin həlli Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması baxımından çox vacibdir.

 

Xəbərlər
Redaktorun seçimi