2003-cü il - xronika
27 fevral 2003 - Vaşinqtonda ABŞ prezidenti Corc Buş və Azərbaycan prezidenti Heydər Əliyevin görüşündə iki ölkə arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri, Qarabağ münaqişəsinin nizamlanması müzakirə edilib.
24 sentyabr 2003 - Baş nazir İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 58-ci sessiyasında çıxış edib. Beynəlxalq birliyin Ermənistanın Azərbaycana qarşı təcavüzünə seyrçi qaldığını təəssüflə qeyd edən İlham Əliyev Azərbaycanın öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəyini bildirib.
5 dekabr 2003 - Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri ilə ilk görüşü olub. Bir illik fasilədən sonra Qarabağ sülh prosesi bərpa olunub. Həmsədrlərin Azərbaycan və Ermənistan rəhbərləri ilə sonuncu görüşü 2002-ci ilin noyabrında olmuşdu.
11 dekabr 2003 - Cenevrədə (İsveçrə) keçirilən "İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti"ndə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan rəhbəri Robert Koçaryan arasında ilk görüş olub.