2005-ci il - xronika
25 yanvar 2005 - Avropa Şurası Parlament Assambleyasında Qarabağ münaqişəsi üzrə məruzəçi Devid Atkinsonun (Britaniya) hazırladığı məruzə üzrə qətnamə qəbul olunub. "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə" adlı 1416 (2005) saylı qətnamədəErmənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı qeyd olunub.
Qətnamədə Ermənistana BMT Təhlükəsizlik Şurasının qətnamələrini (1993) yerinə yetirmək və silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarmaq çağırışı yer alıb. Bu, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı Avropa Şurasında qəbul edilən ilk beynəlxalq əhəmiyyətli sənəd idi.
15 may 2005 - Avropa Şurasının Varşavada keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryan arasında Qarabağ nizamlanmasına dair növbəti görüş olub.
27 avqust 2005 - MDB dövlət başçılarının Kazanda (Rusiya, Tatarıstan) keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryan arasında Dağlıq Qarabağ nizamlanması ilə bağlı növbəti görüş keçirilib.