“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.10.2010, 18:51
479

Qarabağ məsələsi bu dəfə Həştərxanda müzakirə olundu

A- A+

Azərbaycan, Ermənistan və Rusiya prezidentləri birgə Bəyannamə imzalayıblar

Oktyabrın 27-də Həştərxanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın görüşü olub.

Rusiya prezidentinin saytına istinadən yaydığı məlumata görə, prezidentlər görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.

Məlumatda bildirilir ki, bu, qeyd edilən formatda bu il keçirilmiş sayca üçüncü, ümumilikdə isə yeddinci görüşdür. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iştirakı ilə ilk belə görüş 2008-ci ilin noyabrın 2-də Moskvada ("Mayndorf" qəsri) keçirilib və görüşdən sonra birgə bəyannamə imzalanıb.

* * *

Azərbaycan, Ermənistan və Rusiya prezidentləri birgə Bəyannamə imzalayıblar

Sənəddə hərbi əsirlərin dəyişdirilməsi və meyitlərin qaytarılması nəzərdə tutulur

Rusiya Federasiyasının Həştərxan şəhərində bu ölkə prezidenti Dmitri Medvedev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında üçtərəfli görüş keçirilib. İTAR-TASS agentliyinin verdiyi məlumata görə, görüşdə prezidentlər birgə Bəyannamə imzalayıblar.

D. Medvedev Bəyannamənin humanitar xarakterli olduğunu açıqlayıb: “Bu qərar Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ məsələsi ilə bağlı mövcud olan müxtəlif çətinliklərin aradan qaldırılması baxımından çox vacibdir. Söhbət ləngimədən hərbi əsirlərin dəyişdirilməsi və ölənlərin meyitlərinin qaytarılması üçün etimadın artırılmasına yönəlmiş xüsusi Bəyannamədən gedir”.

* * *

Rusiya prezidenti: “Azərbaycan və Ermənistan ATƏT sammitinə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərinə dair razılığa gələ bilər”

 “Azərbaycan və Ermənistan ATƏT-in dekabrın əvvəlində keçiriləcək zirvə toplantısına qədər Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərinə dair razılığa gələ bilər”.

“RİA Novosti”nin verdiyi məlumata görə, bunu prezidentlərin Həştərxandakı üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Rusiya prezidenti Dmitri Medvedev deyib.

O, görüşdə bu mövzunu müzakirə etdiklərini bildirib: “Hazırda sonradan sülh müqaviləsinin əsasını təşkil edəcək prinsiplərlə bağlı məsələlər açıq qalır. Buna baxmayaraq, biz müəyyən yol qət etmişik və bu, ümid etməyə əsas verir ki, tərəflər noyabr ayında yaxşı işləsələr – biz xarici işlər nazirlərinə belə bir təlimat verəcəyik - dekabrın 1-2-də ATƏT-in Qazaxıstanda keçiriləcək sammitinə qədər ümumi həll prinsiplərinə dair razılaşdırılmış variant əldə edilə bilər”.

D. Medvedev qeyd edib ki, hələ kifayət qədər razılaşdırılmamış məsələ var, lakin tərəflər fikir ayrılıqları ilə bağlı razılığa gəlməyə can atır: “Rusiya səylərini davam etdirəcək. Mən hesab edirəm ki, nəticə əldə oluna bilər və bu, müəyyən nikbinlik yaradır”.

Xəbərlər
Redaktorun seçimi