“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.08.2010, 19:00
467

Türkiyənin 18 il öncə Ermənistana səfir göndərmək istədiyi diplomat

A- A+

“Qarabağın işğalını öz torpağımızın işğalı kimi qəbul edirik”

 

Türkiyənin Rusiyadakı səfiri Xəlil Akıncı İTAR-TASS agentliyinə müsahibəsində bildirmişdir ki, Azərbaycan və Türkiyə “bir millət, iki dövlətdir” və bu səbəbdən türklər Dağlıq Qarabağın işğalını öz torpaqlarının zəbt olunması kimi qəbul edirlər.

Səfir bildirmişdir ki, Rusiya və ABŞ Dağlıq Qarabağ probleminin həlli ilə bağlı daha ciddi təsir mexanizmlərinə sahibdirlər. Rusiya münaqişə tərəfləri ilə yaxşı münasibətlərə malikdir və problemin həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində səylər göstərir. Lakin bu səylər daha da sürətləndirilməlidir:

"Minsk qrupunun həmsədrləri Ermənistana qarşı daha qətiyyətli olmalı və bitərəf qalmamalıdırlar. Çünki bu problemin mənbəyi məhz Ermənistandır. Bu yerdə Çörçilin bir sözünü xatırlatmaq istəyirəm: “Yanğınsöndürənlərlə alov arasında bitərəf olmaq mümkün deyildir. Yanğın zamanı yanğınsöndürənlərin yanında olmaq lazımdır”.

Xəlil Akıncı Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinə də toxunmuşdur. Səfir demişdir ki, keçmiş SSRİ dağıldıqdan sonra Ankara Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən oldu və hətta orada diplomatik nümayəndəliyin açılmasını planlaşdırırdı:

“O zaman mən Moskvada müstəşar vəzifəsində işləyirdim və Yerevana getmək təklifi aldım. Lakin Ermənistan tarixi Azərbaycan ərazisi olan Dağlıq Qarabağı və ətraf rayonları işğal etdikdən sonra, 1993-cü ilin mayında sərhədləri bağladıq. Bu gün sərhədin bağlanma səbəbi aydın olunca, açılmamasının səbəbi də anlaşılır. Sərhədlər yalnız Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarını azad etməsindən sonra açıla bilər”.

Türkiyəli diplomat qondarma “erməni soyqırımı”ndan bəhs edərkən bildirmişdir ki, bu iddialar tamamilə yalandır. Erməni daşnak quldurları XX əsrin əvvəllində böyük qətliamlar törətmişlər. Onlar təkcə Türkiyədə deyil, Azərbaycanda da çoxlu insanı qətlə yetirmişlər. Dünya ictimaiyyəti milyonlarla türkün vəhşicəsinə öldürülməsi faktına göz yumaraq, erməni yalanları ilə məşğuldur.

* * *

Türkiyə və Rusiya Cənubi Qafqazda sülhün bərqərar olmasına çalışırlar

-04.08.2010-

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu RİA Novosti agentliyinə müsahibəsində bildirmişdir ki, Türkiyə və Rusiya Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması çərçivəsində əməkdaşlığı davam etdirirlər. Hər iki ölkə istər ikitərəfli, istərsə də beynəlxalq formatda Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar olmasına konstruktiv töhfə verir.

Əhməd Davudoğlu demişdir ki, Türkiyə və Rusiya 2001-ci ildə Avrasiya məkanında ikitərəfli əməkdaşlıq üzrə Fəaliyyət Planını imzalamışlar. Bu planın məqsədi postsovet məkanında iqtisadi inkişaf və siyasi sabitliyə töhfə verməkdir:

“Türkiyə-Rusiya əlaqələrinin də əsaslı şəkildə dəyişməsində bu planın böyük əhəmiyyəti olmuşdur. İndi, iki ölkə təkcə Qafqazda deyil, habelə Balkanlar, Yaxın Şərq və Orta Asiyada da problemlərin həlli üçün sıx əməkdaşlıq edir”.

Xəbərlər
Redaktorun seçimi