“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.02.2012, 15:53
452

“Püskürən vulkana bənzəyən emosiyalar”

A- A+

Almaniyanın “Die Welt” qəzetində Xocalı faciəsi və Qarabağ münaqişəsi haqqında məqalə dərc olunub

Almaniyanın nüfuzlu “Die Welt”qəzetinin 25 fevral tarixli nömrəsində Xocalı faciəsi və bütövlükdə Dağlıq Qarabağ münaqişəsi haqqında kifayət qədər obyektiv məlumat verən məqalə dərc olunmuşdur.

Jurnalist Knut Teske tərəfindən yazılmış “Püskürən vulkana bənzəyən emosiyalar” sərlövhəli məqalə aşağıdakı sözlərlə başlayır: “20 il bundan əvvəl yüzlərlə azərbaycanlı Xocalıda, bu günədək cansız qalmış ərazidə qətlə yetirilmişdir”.

Məqalənin əvvəlində hazırda vahiməli görünüşə malik olan Xocalı şəhərindən 1992-ci il fevralın 26-da ermənilər tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlı əhalinin qovulduğu və Ermənistan silahlı qüvvələrinin təqibindən yaxa qurtarmağa məcbur olmuş əhalinin bir hissəsinin qaçarkən qətlə yetirildiyi bildirilir.

Daha sonra Dağlıq Qarabağın bugünkü vəziyyəti haqqında məlumat verilir. Müəllif bildirir ki, qondarma “Dağlıq Qarabağ Respublikası” heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmamışdır. Burada yaşayan erməni əhalisi isə qeyri-müəyyən şəraitdən əziyyət çəkir. Çünki Azərbaycanın işğal olunmuş bu ərazisinin dünyaya yeganə çıxış yolu olan Ermənistanın özündə də iqtisadi vəziyyət ağırdır.

Buna baxmayaraq, Dağlıq Qarabağda və Ermənistanda Azərbaycanın adını çəkəndə emosiyalar püskürən vulkan kimi qızışır. Azərbaycan ilə Ermənistan arasında imzalanmış atəşkəsdən 18 il keçsə də, düşmənçiliyin soyumasının heç bir izi görünmür.

Məqalədə deyilir ki, münaqişə iqtisadi cəhətdən Avropaya da ziyan vurur. Dağlıq Qarabağın beynəlxalq hüquqla tanınmasını tələb edən Ermənistan Rusiyaya söykənməklə özünü regional iqtisadi əməkdaşlıqdan məhrum edir.

Daha sonra müəllif yazır ki, Dağlıq Qarabağda cəbhənin təmas xəttinə getməyə dərhal icazə vermədilər. Erməni tərəfi cəbhə bölgəsində erməni snayperlərinin saxlanmasını Azərbaycan tərəfinin “snayperlərinə reaksiya” kimi təqdim edir. Bununla belə, müəllif qeyd edir ki, bir neçə il bundan əvvəl doqquz yaşlı azərbaycanlı uşağın snayper gülləsi ilə qətlə yetirilməsi erməni tərəfinin snayperlərlə bağlı izahatına heç cür uyğun gəlmir.

Məqalənin qalan hissəsi Xocalı soyqırımının tarixinə və təhlilinə həsr olunmuşdur. Müəllif bildirir ki, Xocalıda özünün zirvə nöqtəsinə çatan nifrət hissləri azərbaycanlıların Ermənistan ərazisindən və özünün tarixi torpağı olan Dağlıq Qarabağdan qovulması ilə başlayır. Vəziyyət sovet tanklarının 1990-cı il yanvarın 20-də Bakıya daxil olması və 150 nəfər mülki əhalinin öldürülməsindən sonra daha da gərginləşir. Ermənilər tərəfindən etnik təmizləmə aksiyalarına məruz qalmış azərbaycanlıların sayı milyonu keçir. “Dağlıq Qarabağın azərbaycanlı əhalisi üçün dramatik zirvə nöqtəsi 1992-ci il fevralın 26-da yaşanır. Həmin gün onlar meşələrdən keçən dəhliz vasitəsilə yaxınlaşan erməni silahlılarından qaçmağa çalışırdılar. Azərbaycanlı qaçqınlar can atdıqları yerə çatmağa az qalmış qəflətən erməni yaraqlıları tərəfindən gülləbaran olundular. Yüzlərlə insan həlak oldu”, - deyə müəllif bildirir.

Məqalədə deyilir ki, erməni tərəfi bu məsələdə günahı azərbaycanlıların üzərinə atmağa çalışır. Ermənilər Xocalı soyqırımı qurbanlarının əksəriyyətinin arxadan deyil, qarşı tərəfdən güllələndiyini iddia edirlər. Lakin bu, əsaslı arqument deyil. Çünki Rusiyada fəaliyyət göstərən “Memorial” insan hüquqları təşkilatı faciənin şahidlərinin dediklərinə əsaslanaraq qətliamın erməni qüvvələri tərəfindən törədildiyini elan etmişdir. Bundan əlavə, soyqırımı törədildiyi əraziyə meyitləri götürmək üçün azərbaycanlılar bir neçə gün erməni qüvvələri tərəfindən buraxılmışdır.

Daha sonra müəllif 2010-cu ildə xocalılıların yaşadığı bir qaçqın düşərgəsində olması haqqında danışır. “Onlar yaşadıqları dəhşətləri elə təsvir edirdilər ki, sanki bu hadisələr dünən baş vermişdi. Tezliklə əsəbləri dözməyən tərcüməçi də ruhdan düşür. Acı hıçqırıq və göz yaşları bu insanların kədərini tərcüməsiz də başa düşməyə kifayət edir. Jestlər sözlərdən daha çox şey bildirir – kəsilmiş boğazların, şikəst edilmiş bədən üzvlərinin jestləri...”

Ermənilərin çoxu Xocalıdan qovduqları azərbaycanlıların evlərinə bu gün də köçmək istəmirlər. Bu şəhərin siması olmasa da, hekayəsi vardır.

Sonda müəllif qeyd edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin kökləri 1915-ci il hadisələrinə gedib çıxır. Azərbaycanın o zaman müstəqil olmamasına və bu hadisələrdə heç bir günahının olmamasına baxmayaraq, ermənilər azərbaycanlıları düşmən gözündə görürlər. Müəllifin gəldiyi qənaət belədir: “Bizim erməni həmsöhbətlərimizin inkar cəhdlərinə baxmayaraq, deməli, söhbət etnik təmizləmədən gedir”.

Məqalənin sonunda deyilir ki, ermənilərin uzun müddət vətənləri olmamışdır. İndi öz dövlətləri olduğu halda, Dağlıq Qarabağa da əl atırlar. Dünyaya isə bunu öz müqəddəratını təyinetmə arqumenti ilə təqdim edirlər. Beynəlxalq hüququn başqa şey deməsini isə onlar inkar edirlər.

AzərTAc

* * *

►Bax həmçinin:

“Das Massaker, das eine Erbfeindschaft zementierte” (“Düşmənçiliyi möhkəmlədən qırğın”, “Die Welt” qəzeti, 26 fevral 2012)

* * *

►Mövzuya dair:

Berlində Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında iki kitabın təqdimatı keçirilib

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Almaniya paytaxtında 4 gün davam edən “Almaniyada Xocalı günləri” adlı silsilə tədbirlər çərçivəsində Berlinin mərkəzindəki “Palais am Festugsgraben” zalında kanadalı ekspert Skot Teylorun “Həll edilməmiş münaqişələr: Türkiyə, Ermənistan və Azərbaycan” (“Unreconciled Differences: Turkey, Armenia and Azerbaijan”) və alman alimi Rudiger Kipkenin “Ermənistan-Azərbaycan münasibətləri və Dağlıq Qarabağda münaqişə” adlı kitablarının təqdimatı keçirilmişdir.

Tədbirin moderatoru, Potsdam Universitetinin professoru Vilfrid Furmann giriş sözündə vurğulamışdır ki, ermənilər Azərbaycanın mülki əhalisinə qarşı soyqırımı aktı törətmiş və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini – Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal etmişlər. O xatırlatmışdır ki, Ermənistanda həmin əraziləri “azad edilmiş ərazilər” adlandırırlar, lakin bu termindən istifadə etmək üçün heç bir hüquqi əsas yoxdur. Furmann demişdir: “Beynəlxalq hüquq baxımından bu ərazilər birmənalı şəkildə işğal edilmiş ərazilərdir”.

Alman alimi təəssüflə xatırlatmışdır ki, dünyada ikili standartlar tətbiq edilir. Məsələn, Fransa soyqırımının inkar edilməsinin kriminallaşdırılması haqqında qanun qəbul edir. Lakin eyni zamanda o özü soyqırımı aktı törətmiş Ermənistana heç bir təzyiq göstərmir. O demişdir: “Bu gün dünyada Ermənistanı işğal altındakı əraziləri azad etməyə məcbur etməyin mexanizmi yoxdur”. Alman professorun fikrincə, beynəlxalq birlik elə bir vəziyyət yaratmalıdır ki, Ermənistan beynəlxalq hüquqa hörmət etməyə məcbur olsun. Vilfrid Furmann təəssüflə qeyd etmişdir ki, bu cür tədbir görülmür.

Moderator vurğulamışdır ki, status-kvonun dəyişdirilməsi zəruridir və işğal sonsuz davam edə bilməz. Hazırda ATƏT-in Mİnsk qrupu çərçivəsində görülən tədbirlər münaqişənin həllinə və ərazilərin azad edilməsinə gətirib çıxarmır. Furmann demişdir: “Erməni silahlı dəstələri tərəfindən törədilmiş cinayətə hüquqi qiymət verilməlidir. Öldürülənlərin sayı istər 600 olsun, istər 600 min, hər bir halda, əgər cinayət “soyqırımı” anlayışına uyğundursa, deməli hər şeyi öz adı ilə çağırmaq lazımdır”.

Sonra “Həll edilməmiş münaqişələr: Türkiyə, Ermənistan və Azərbaycan” kitabının müəllifi Skot Teylor çıxış etmişdir. O demişdir ki, İraqda olarkən Əl-Qaidə terror qrupu tərəfindən girov götürülmüş və əsrlikdə olduğu 5 gün müddətində onu 6 dəfə edam etməyə aparmışlar. Siz məndən soruşun: Mən bu adamlara nifrət edirəmmi? Xeyr, onlara nifrətim yoxdur. Mən öz daxilimdə bu hissə qalib gəlmişəm və bu, həmin mövzunun öyrənilməsinə obyektiv yanaşmağıma kömək etmişdir. Lakin Ermənistan ilə Azərbaycan arasında münaqişə halında vəziyyət bundan qat-qat mürəkkəbdir. Burada, xüsusən ermənilər tərəfindən nifrət çox güclüdür”. Müəllif Yerevanın Xocalıda törətdiyi soyqırımı aktını inkar etmək siyasətini misal göstərmişdir. S.Teylor demişdir ki, ermənilər, görünür, Xocalıda törətdiklərinə görə xəcalət çəkərək bütün xəritələrdə bu yerin adını silmişlər. Onlar hətta Xocalı aeroportunun da adını dəyişərək Stepanakert aeroportu adlandırmışlar. Onun fikrincə, əgər Ermənistan gənc nəsil arasında türklərə və azərbaycanlılara nifrət hissi aşılamaqdan əl çəkərsə, vəziyyət dəyişə bilər.

Skot Teylorun kitabının təqdimatı çərçivəsində 10 dəqiqəlik sənədli film nümayiş etdirilmişdir. Müəllif bu filmdə münaqişənin tarixi haqqında söhbət açır.

Alman alimi, Zigen Universitetinin professoru Rudiger Kipke də öz kitabını təqdim etmişdir. O xatırlatmışdır ki, bu münaqişənin tarixi 1826-1828-ci illərin Rus-İran müharibəsindən başlanır. Bundan sonra gəlmə ermənilərin tarixi Azərbaycan ərazilərində kütləvi şəkildə məskunlaşdırılması prosesi başlanmışdır. Alim Yerevanın heç də həmişə Ermənistanın paytaxtı olmadığını, XIX əsrə qədər onun Azərbaycan şəhəri olmasını və İrəvan adlanmasını öz tələbələrinə hər yerdə və həmişə dediyini vurğulamışdır.

Professor Rudiger Kipke Sovet hakimiyyəti illərində Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi, habelə Sovet rəhbərliyi ilə Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırov arasında yazışma mövzusuna da toxunaraq qeyd etmişdir ki, Bağırov DQMV-nin Ermənistana verilməsi barədə ermənilərin müraciəti ilə əlaqədar Moskvanın sorğusuna cavab verməyə məcbur olmuşdur.

Rudiger Kipke öz kitabında DQMV-nin sosial-iqtisadi inkişaf baxımından guya geridə qalması haqqında uydurmanı növbəti dəfə ifşa etmişdir. O, statistik məlumatlar əsasında inandırıcı şəkildə göstərmişdir ki, bu region Azərbaycanın qalan hissəsi və bütün Ermənistan ilə müqayisədə daha yaxşı yaşayır və daha sürətlə inkişaf edirdi. Sonra müəlliflərin çıxışları müzakirə edilmişdir. Qonaqlar müəlliflərə suallar vermiş və diskussiyada fəal iştirak etmişlər.

* * *

“Qaçqın: Anar Usubovun uzun yolu”

Almaniyada  sənədli filminin təqdimatı olub

 “Almaniyada Xocalı günləri” silsilə tədbirlər çərçivəsində Almaniya paytaxtındakı “Palais am Festugsgraben” zalında türkiyəli rejissor Cem Oğuzun çəkdiyi “Qaçqın: Anar Usubovun uzun yolu” adlı sənədli filmin təqdimatı olmuşdur.

Tədbirin açılışında Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri Eva-Mariya Aux qısa giriş nitqi söyləmişdir. Film nümayiş etdiriləndən sonra əsərin baş qəhrəmanı, Xocalı qaçqını Anar Usubov tədbirə toplaşanlar qarşısında çıxış etmişdir.

AzərTAc

Xəbərlər
Redaktorun seçimi