“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.06.2010, 19:20
474

Barak Obamanın Ilham Əliyevə məktubunun məzmunu açıqlanıb

A- A+

Amerika Azərbaycanı Qarabağ münaqişəsində güc tətbiqindən çəkinməyə çağırır

ABŞ prezidenti Barak Obama ölkəmizin Əfqanıstan məsələsində verdiyi dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib.   

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu təşəkkür B. Obamanın müdafiə naziri Robert Qeyts vasitəsilə Azərbaycan dövlət başçısına göndərdiyi məktubda ifadə olunub.

ABŞ prezidenti Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə önəmli töhfə verdiyini söyləyib: “Ümid edirəm ki, biz yaxın aylar və illərdə münasibətlərimizi genişləndirə və dərinləşdirə biləcəyik”.  

Məktubda Azərbaycanın enerji ehtiyatlarının hasilatı və nəqlində mühüm rolu da vurğulanıb: “Cənub dəhlizinin inkişafında Azərbaycanın liderliyi bölgənin inkişafını gücləndirəcək və qlobal enerji təhlükəsizliyini möhkəmləndirəcək”.  

* * *

Barak Obama: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək ABŞ-ın prioriteti olaraq qalacaq” 

 “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu münaqişənin həllinə dəstək ABŞ-ın prioriteti olaraq qalacaq”. 

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu sözlər ABŞ prezidenti Barak Obamanın Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi məktubda əksini tapıb. O, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə səylərini alqışlayıb və güc tətbiqindən çəkinməyə çağırıb.  

Xatırladaq ki, B. Obamanın məktubunu Azərbaycan prezidentinə ABŞ-ın müdafiə naziri Robert Qeyts çatdırıb.

Xəbərlər
Redaktorun seçimi