“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.12.2010, 18:20
439

İtaliya jurnalistləri yalan və iftira yazdıqlarını etiraf etdilər

A- A+

“İl Foglio” qəzeti Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan üzr istəyib...

İtaliyanın “İl Foglio” qəzeti yalan məlumat yaydığına görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan, prezident İlham Əliyevdən və bütün Azərbaycan xalqından üzr istəyib.

“İl Foglio” qəzetinin 22 dekabr tarixli sayında dərc olunan “Bakıdan çox-çox üzr istəyirik” başlıqlı yazıda bildirilir ki, dekabrın 3-də Azərbaycanın birinci xanımı barədə dərc olunan yalan informasiya qeyri-ciddi xarakter daşıyır: 

“Biz WikiLeaks saytından təsdiqlənməyən informasiyanı istifadə etməklə diqqətsizlik etmişik. Bizim məqalədə istifadə etdiyimiz mənbələr tamamilə etibarsız çıxdı, biz öz səhvimizi etiraf edir və üzrxahlıqla bu təkzibi dərc edirik. Əminik ki, Azərbaycan və italyan xalqları arasında qarşılıqlı anlaşma, xoş münasibətlər və simpatiya bir saniyə belə bu jurnalist səhvindən zərər görməyəcək”.

Təkzibi http://www.ilfoglio.it/soloqui/7167 elektron ünvanında oxumaq mümkündür.

Qeyd edək ki, Azərbaycan Respublikasının birinci xanımının Protokol xidməti “İl Foglio” qəzetində yayımlanan materialın həqiqətə uyğun olmadığını bildirmiş və qəzetin dərhal təkzib verməsini tələb etmişdi.

 APA.

 

Xəbərlər
Redaktorun seçimi