“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.02.2010, 21:10
436

Azərbaycan adları ilə erməni saytları

A- A+

Erməni təxribat maşınının internetdə Azərbaycana qarşı virtual savaşı davam edir

Erməni təxribat maşını internet məkanında Azərbaycana qarşı yeni "silah"lara əl atır.

Ermənilər tərəfindən Azərbaycanın coğrafi adlarını əks etdirən domen adlarının alınması, bu səhifələrdə təxribat xarakterli materialların yerləşdirilməsi, Azərbaycan dövlət adamlarının təhqir edilməsi, on-line ensiklopediyalarda Azərbaycan haqqında olan informasiyaların məqsədli şəkildə dəyişdirilməsi, saytlara xaker hücumu və s. halları sadalamaq olar.

Xüsusən Azərbaycanda  dövlət səviyyəsində qeyd edilən tarixlər ərəfəsində təxribat xarakterli materialların yayımı daha fəallaşır. Torpaqların işğal tarixləri ilə əlaqədar günlərdə xaker hücumlarının sayı artır.

Məsələn,  dəfələrlə Xocalı ilə bağlı saytların dağıdılması xəbərini eşitmişik. Bu yaxınlarda da Xocalı həqiqətlərini yayımlayan www.justiceforkhojaly.org  saytına Ermənistanda giriş məhdudlaşdırılmışdı.

Azərbaycan, Bakı, Naxçıvan adlarıyla erməni saytları!

Ermənilər  informasiya müharibəsində ən böyük zərbəni Azərbaycanın coğrafi, tarixi adlarına məxsus  domen adları almaqla vurublar. 1993-cü ildən başlayaraq bu günə qədər coğrafi adları özündə əks etdirən ikinci səviyyəli 10-larla domen adları alıblar. Həmin saytları da Azərbaycanı təhqir edən müxtəlif materiallar və ya sadəcə pornaqrafik şəkillərlə  doldurublar.

Bu saytlara daxil olan əcnəbi vətəndaş yazılanlara asanlıqla inanır. Çünki bəzi saytlarda Azərbaycanda baş verən hadisələr haqqında gündəlik məlumat verilir, tarixini, coğrafiyasını  əks etdirən bilgilər yerləşdirilir. İstifadəçi Azərbaycanın xəritəsi və ya turizm zonaları haqqında linklərə kliklədikdə isə tamam başqa saytlara istiqamətləndirilir.

Məsələn,  konkret olaraq Azərbaycan adı ilə bağlı erməni saytları:

www.azerbaijan.com, www.azerbaijan.net, www.azerbaijan.tv, www.azerbaijan.org, www.azerbaijan.info, www.azerbaijan.biz, www.azerbaijan.at, www.azerbaijan.de,  www.azerbaijan.ag,  www.azerbaijan.nu,  www.azerbaijan.ru,  www.azer.info

Qarabağ bölgəsi ilə bağlı:

www.karabakh.com, www.qubadli.com,  www.cebrayil.com,  www.aghdam.com, www.xocavend.com,  www.kelbecer.com,  www.lachin.com, www.karabakh.net, www.susha.com, www.karabakh.biz,  www.karabakh.info,  www.xocali.com,  www.karabakh.ru,  www.karabakh.org,  www.susha.net, www.lachin.com

Bakı adı ilə bağlı:

www.baku.com,  www.baku.net , www.baku.biz,  www.baku.tv, www.baku.co.uk, www.baku.ru, www.baku.in

Naxçıvan Muxtar Respublikası ilə bağlı:  

www.nakhchivan.com, www.nakhchivan.net, www.sharur.com, www.ordubad.com, www.babek.am,  www.babek.info, www.babek.com, www.babek.net,  www.babek.co.uk ,  www.babek.org

Digər bölgələrlə bağlı:

www.sumqait.info, www.sumqait.org, www.sumqait.net, www.stepanakert.com,  www.yevlakh.com, www.yevlakh.net   

Bu internet ünvanları müxtəlif vaxtlarda erməni lobbisinin maliyyəsi ilə alınaraq erməniləşdirilib və Azərbaycan əleyhinə beynəlxalq miqyaslı təxribatlatrda istifadə edilir.

Vikipediyada erməni hiyləsi

Ermənilərin ən çox nəzarət etdiyi sayt isə vikipediyadır. Vikipediya açıq on-line ensiklopediya olduğundan burda qeydiyyatdan keçən hər kəs məqalə yerləşdirə və ya şərh edə bilər. Məqalələrə xüsusi idarəçilər  nəzarət edir.

Azərbaycan vikipediyasının adminstratorları Azərbaycan vikipediyasında demək olar ki hər gün erməni vandalizminin şahidi olur. Onların sözlərinə görə,  ermənilərin vikipediyaya girməkdə əsas məqsədi Azərbaycan həqiqətlərini inkar etmək, azəri xalqını təhqir etmək və məqalələri korlamaqdır.

Azərbaycan dilində vikipediyada təxminən 29 minə yaxın məqalə var. Erməni dilində isə 4 minə yaxın məqalə yerləşdirilib. Ermənilər ən çox rus və ingilis dillərində materiallar yerləşdirməkdə maraqlıdırlar. Çünki erməni əlifbasını oxuyan çox azdır.

İdarəçilər qeyd edir ki, ermənilər mənbələr üzərində planlı şəkildə işləyirlər. İndiyədək yazılan materiallardan, xüsusilə, rus dilli saytlarda olan resurslardan məharətlə istifadə etməyi bacarırlar.

Məsələn, bu yaxınlarda vikipediyada  xalq rəqsləri ilə bağlı “köçəri erməni xalq rəqsidir”  məqaləsi yerləşdirilib. Mənbə kimi də  Böyük  Sovet  Ensiklopediyası göstərilib. Həqiqətən də bu ensiklopediyada belə qeyd edilib. Ermənilər Sovet Ensiklopediyasını bizə qarşı silah kimi istifadə edirlər.

İnternet məkanında beynəlxalq dillərdə yazılmış informasiya daha çox hədəfinə çata bilir. Azərbaycan dilində olan mənbələr neytral qəbul edilmir. Vikipediyada da adminstratorlar ən çox ingilis və rus mənbələrinə diqqət yetirirlər. Erməni lobbisinin fəaliyyəti burda da özünü göstərir.

Ermənilər müxtəlif dillərdə kitablar nəşr etdirir, qeyri-erməni millətindən olan alimlərə  sifarişlə məqalələr yazdırırlar. Ən son mərhələdə isə özləri üçün rəsmi qaynaq formalaşdırıb ona istinad edirlər.

Statistikaya görə, vikipediya virtual ensiklopediyasına saniyədə 65 min sorğu göndərilir, ayda 7 mlrd. səhifə oxunulur. Elə buna görə də,  vikipediya informasiya savaşında əsas meydanlardan biri kimi istifadə edilir.

Milli.Az

 

 

Xəbərlər
Redaktorun seçimi