“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.09.2013, 14:51
408

“Beynəlxalq təşkilatlardan ciddi mövqe gözləyirik”

Milli Məclisin deputatı Rövşən Rzayev AŞPA komitəsinin iclasında çıxış edib
A- A+

Sentyabrın 10-da Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclası keçirilib. İclasda Avropada münaqişələr zamanı itkin düşən insanlar və miqrantlarla bağlı problemlər, qaçqınlara beynəlxalq yardımın təşkili və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Böyük Britaniyadan olan deputat Cim Xeridanın «Avropada münaqişələr zamanı itkin düşən insanlar: bəşəriyyətin cavab tapması üçün yol» adlı məruzəsi ətrafında müzakirələrdə Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti daimi komitəsinin sədr müavini  Rövşən Rzayev çıxış edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4033 azərbaycanlının itkin düşdüyünü diqqətə çatdıran azərbaycanlı deputat qeyd edib ki, ölkəmizin müvafiq qurumları tərəfindən görülən tədbirlər və Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi sayəsində 1422 nəfərin taleyi ilə bağlı məsələ öz həllini tapıb: “Təəssüflər olsun ki, itkin düşmüş azərbaycanlılarla bağlı problemlər hələ də qalmaqdadır. Biz bu məsələ ilə bağlı əlaqədar beynəlxalq təşkilatların daha ciddi mövqedən çıxış etməsini gözləyirik”.  

İclasda komitə üzvləri tərəfindən itkin düşən insanlarla bağlı müəyyən təkliflər səsləndirilib. Rövşən Rzayev Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən digər ölkələrlə bərabər, Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən bu problemə dair ətraflı arayış hazırlanıb AŞPA komitəsinə təqdim edilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanlı deputat çıxışının sonunda itkin düşən insanların tapılıb normal həyata qaytarılmasının çox vacib məsələ olduğunu diqqətə çatdırıb və komitənin bu istiqamətdə ciddi addımlar atacağına əminliyini bildirib. Onun çıxışı maraqla qarşılanıb.

Komitə üzvləri bəşəriyyət üçün ağrılı problem olan miqrantlar, qaçqınlar və məcburi köçkünlər məsələsinin AŞPA-nın payız sessiyasında müzakirə olunmasını qərara alıblar.

AzərTAc

 

 

Xəbərlər
Redaktorun seçimi