“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.11.2012, 15:28
355

Rövşən Rzayev: “Söyün Sadıqov kimilər Azərbaycanın taleyüklü məsələsini müzakirə edə bilməz”

A- A+

Dağlıq Qarabağın erməni və azərbaycanlı icması arasında görüşün keçirilməsi istiqamətində iş aparılır

“Rusiya Azərbaycan Təşkilatları İttifaqının erməni icması, yaxud Dağlıq Qarabağ məsələsi ilə məşğul olmağa heç bir mənəvi haqqı yoxdur. Söyün Sadıqov kimilər bu gün belə danışıqlar apara və ermənilərlə üzbəüz oturub Azərbaycanın taleyüklü məsələsini müzakirə edə bilməz”. 

APA-nın xəbərinə görə, bu fikri jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlıları İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev deyib.

Son günlər mediada yayılan məlumatlara görə, Söyün Sadıqovun rəhbərlik etdiyi Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti ilə Rusiya Erməniləri İttifaqı Moskvada Azərbaycan və erməni diasporu arasında görüş keçirməyi planlaşdırır.

Millət vəkili bildirib ki, hazırda Dağlıq Qarabağın erməni və azərbaycanlı icması arasında görüşün keçirilməsi istiqamətində iş aparılır: “Ancaq bu görüşün vaxtı dəqiq deyil. Görüşdə iki icma arasında itirilmiş əlaqələr, inam və etimadın bərpa edilməsi, gələcəkdə birgə yaşayış forması müzakirə predmeti olacaq. Sadəcə, Ermənistanın bugünkü prezidenti Serj Sərkisyan bu görüşün baş tutmasında maraqlı deyil”.

* * *

►Mövzuya dair:

AŞPA sədri Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb  

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Jan-Klod Minyon noyabrın 13-də Monitorinq Komitəsinin yığıncağı ilə əlaqədar Parisdə səfərdə olan Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.

AzərTac-ın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Jan-Klod Minyon rəhbərlik etdiyi təşkilatın münaqişənin sülh yolu ilə tezliklə həllini tapacağına ümidvar olduğunu bildirib, ATƏT-in Minsk qrupunun bu istiqamətdə apardığı səyləri dəstəklədiyini və AŞPA-nın qrupa hərtərəfli kömək göstərməyə hazır olduğunu bildirib.

AŞPA sədri və nümayəndə heyətlərinin rəhbərləri münaqişənin həlli istiqamətində belə görüşlərin mühüm rolunu vurğulayıblar. 

Xəbərlər
Redaktorun seçimi