“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.02.2009, 14:12
80

İSESCO-nun baş direktoru: “Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması təsadüfü deyil”

A- A+

Əbdüləziz bin Osman Əl-Tuveycri: “Bakı sivilizasiyaları bir-birinə qovuşdurur”

Fevralın 18-də “Bakı İslam Mədəniyyətinin paytaxtı - 2009” Mədəniyyət ilinin açılışı tədbirlərində iştirak etmək üçün Azərbaycana gələn nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. Qonaqlar daha sonra Şəhidlər Xiyabanında əbədi məşəlin önünə əklillər qoyublar.  

Mədəniyyət ilinin açılış mərasimində iştirak etmək üçün Bakıya gələn İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri jurnalistlərə açıqlamasında qeyd edib ki, Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması təsadüfü deyil: “Bu tədbirlərin keçirilməsi üçün Bakının seçilməsi əhəmiyyətli hadisədir. Bakı sivilizasiyaları bir-birinə qovuşdurur”. 

Bakının gözəl, tarixi şəhər olduğunu bildirən baş direktor deyib ki, bu tədbirlərin keçirilməsi Azərbaycanın mədəniyyət sahəsində yeni uğurlara imza atması üçün zəmin olacaq.
Əbdüləziz bin Osman Əl-Tuveycri tədbirlərin keçirilməsi üçün yaradılan şəraitə göAzərbaycan prezidentinə minnətdar olduqlarını da qeyd edib.

APA, 18.02.2009.
Xəbərlər
Redaktorun seçimi