“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.12.2010, 18:32
345

Dünya şöhrətli fransız aktyor Azərbaycana səfərə gəlib

A- A+

Jerar Depardye Azərbaycanda filmə çəkilmək və kino məktəbi yaratmaq təklifi alıb

Dekabrın 13-də məşhur fransız aktyoru Jerar Depardye Azərbaycana səfərə gəlib.

Aktyor əvvəlcə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib, Qız qalasına baş çəkib, Dənizkənarı Milli Parkı gəzib.

Həmin gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fransalı aktyorla görüşüb. Görüşdə nazir Əbülfəs Qarayev Jerar Depardyeyə Azərbaycanın film sektoru haqqında məlumat verib və Fransa ilə bu sahədə birgə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Nazir eləcə də Jerar Depardyeni Azərbaycanda görməyindən məmnunluq duyduğunu dilə gətirib.

Görüş zamanı Jerar Depardyenin Azərbaycanda filmə çəkiləcəyi də məlum olub. Aktyor Azərbaycanda Aleksandr Dümanın Azərbaycana səfərlərini əks etdirən sənədli filmin istehsalı barədə danışıb: “Mən bu cür filmin çəkilməsini çox istəyirəm. Sözsüz ki, bu filmdə Dümanı özüm oynamaq istəyirəm. Aleksandr Dümanın Azərbaycana gəlişi, buradakı işləri ilə bağlı olduqca maraq doğuracaq faktlar var. Mən qayıtdıqdan sonra bununla bağlı əlimdə olan bütün sənədləri bir daha gözdən keçirəcəyəm”.  

Nazir Əbülfəs Qarayev isə Jerar Depardyeyə Aleksandr Dümanın Xurşudbanu Natəvanla dost olduqları barədə məlumat verib və filmdə bu hissələrin də yer alacağını deyib.

Jerar Depardye isə bununla bağlı məlumatlandırılmasından şad olduğunu və bu filmdə tərəfmüqabili Xurşudbanu Natəvan obrazını fransalı aktrisanın deyil, azərbaycanlı aktrisanın canlandırmasını istəyib: “Əlbəttə ki, bu obrazda azərbaycanlı aktrisanın çəkilməsi daha yaxşı olar. Yəqin ki, belə də olacaq. Azərbaycanda olmağımdan məmnunam, çox gözəl şəhəriniz var. Burada maraqlı tarixi əhəmiyyətli binalar, abidələr olduqca diqqətimi çəkdi. Eləcə də burada uzun illər bundan əvvəl fransızların da müxtəlif işlər həyata keçidrikləri məni sevindirir”.  

Əbülfəs Qarayev deyib ki, Aleksandr Dümanın Azərbaycana səfərinin əks olunacaqğı bu filmin 2-3 il müddətinə çəkilməsi nəzərdə tutulur. Bu müddət ərzində Azərbaycanda müxtəlif ssenarilər hazırlanacaq və Jerar Depardyeyə göndəriləcək. Aktyor isə öz növbəsində bu ssenarilərdən birini seçəcək və rəhbərlik etdiyi kino şirkəti ilə birgə Azərbaycanda bu filmin çəkilişini həyata keçirəcək.  

Aktyorun Azərbaycana səfəri dekabrın 16-dək davam edəcək. Bakıdakı görüşlərini yekunlaşdırdıqdan sonra Jerar Depardye Qəbələyə gedəcək. Xatırladaq ki, aktyor Azərbaycan şəxsi təyyarəsi ilə gəlib.

* * *

Jerar Depardye IV Beynəlxalq Rostropoviç Festivalı çərçivəsində “Karmen” əsərindən bir parça oxuyub

Dekabrın 13-də məşhur fransız aktyoru Jerar Depardye Azərbaycan Opera və Balet Teatrında çıxış edib. Akyor Bakıda keçirilən IV Beynəlxalq Mstislav Rostropoviç Festivalı çərçivəsində təqdim olunan “Karmen” operasından öncə Prosper Merininin “Karmen” əsərindən (Jorj Bizenin məşhur “Karmen” operası bu əsər əsasında yazılıb – red.) bir parca oxuyub.

10 dəqiqəlik çıxış Azərbaycan tamaşaçıları tərəfindən anşlaqla qarşılanıb. J.Depardye Azərbaycandaona göstərilən diqqətdən razılığını dilə gətirib.

Daha sonra J.Bizenin “Karmen” operası nümayiş etdirilib. Tamaşada Qalina Viuşnevskayanın tələbələri və Rusiya Dövlət Akademik Böyük Teatrının solisti Elçin Əzizov (Eskamilio) çıxış ediblər.

Xatırladaq ki, Beynəlxalq Mstislav Rostropoviç Festivalı festival ilk dəfə 2007-ci ildə Bakıda keçirilib. Tədbirin prezidenti və bədii rəhbəri maestronun qızı Olqa Mstislavovna Rostropoviç olub. Hazırda o, Rostropoviç Fonduna rəhbərlik edir. IV Beynəlxalq Mstislav Rostropoviç Festivalı dekabrın 19-dək davam edəcək.

* * *

Jerar Depardye: “Prezidentlə görüşdə qərara aldıq ki, Azərbaycanda birgə kinostudiya və gənclər üçün kino məktəbi yaradılsın”  

“Bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüm. Görüşdə Azərbaycan kinosunun hazırkı vəziyyətini müzakirə etdik”.

Bu sözləri məşhur fransız aktyoru Jerar Depardye Azərbaycan Opera və Balet Teatrında keçirilən Rostropoviç adına IV Beynəlxalq Festivalda çıxışında deyib.

Onun sözlərinə görə, görüşdə Azərbaycana vurğun olduğunu prezidentin diqqətinə çatdırıb: “Müzakirələr zamanı qərara aldıq ki, Azərbaycanda birgə kinostudiya yaradılsın. Eyni zamanda gənclər üçün kino məktəbinin yaradılmasını təklif etdim. Prezident təklifimi müsbət qarşıladı”.

Xəbərlər
Redaktorun seçimi