“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.07.2009, 10:52
393

Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanın “Nabucco” layihəsinə qoşulmasını arzulayırıq"

A- A+

Natiq Əliyev: “Azərbaycan “Nabucco” layihəsinin icrasında maraqlıdır”

"Azərbaycan, Türkmənistan, İraq və Misirin "Nabucco" layihəsinə qoşulmağını arzulayırıq. Şərtlər əlverişli olduğunda İran və rus qazınında Nabucco vasitəsi ilə Avropaya nəqlinə ümid edirik". Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “Nabucco” qaz kəmərinin tikintisi ilə bağlı hökümətlərarası sazişin imzalanma mərasimində çıxış edərkən bildirib. 

Onun sözlərinə görə, sadəcə “Nabucco” layihəsi Türkiyənin Avropa Birliyinə üzv olması için yetərli olacaq. “Bu layihə sadəcə enerji layihəsi deyil. O ölkələr arasında əlaqələri genişləndirəcək və bütün bölgədə rifah, sabitlik, əmin amanlıq yaranmasına şərait yaradacaq”, - deyə Ərdoğan bildirib.

Türkiyə baş naziri Bakı-Tiflis-Ceyhan boru xəttini də xatırladaraq, “Nabucco” layihəsinində bu cür əhəmiyyətli olacağına inandığını qeyd edib.

O, Türkiyənin dünyanın neft və qaz yataqlarının 2/3 hissəsinin yerləşdiyi regionda əlverişli coğrafi mövqeyə malik olduğunu, Xəzər və Mərkəzi Asiya enerji resurslarının dünya bazarına çıxarılmasında önəmli rol oynadığını bildirib. Baş nazir qeyd edib ki, “Nabucco” layihəsi üzrə imzalanan hökumətlərarası saziş Türkiyə ilə AB arasında əlaqələrin və əməkdaşlığın inkişafına şərait yaradacaq: “Bu gün biz ölkələrimiz, eyni zamanda gələcək nəsillər arasında yaranacaq dostluq, sülh və rifah üçün əhəmiyyətli addım atırıq”.

Bundan başqa, Ərdoğan ölkəsinin Samsun-Ceyhan neft kəməri layihəsi üzərində çalışdığını vurğulayaraq Türkmənistan və İraq qazının ixracını nəzərdə tutan daha iki layihənin icrasında fəal rol oynamaq niyyətində olduqlarını söyləyib.

Tədbirdə çıxış edən Gürcüstan prezidenti Mixail Saakaşvili isə “Nabucco”nun bənzərsiz bir layihə olduğunu bildirib. Onun sözlərinə görə, bir müddət əvvəl Avropaya təbii qazın nəqlinin dayandırılması böyük çətinlik yaratdı və bu layihələrin nə qədər əhəmiyyətli olduğunu bir daha xatırlatdı. Saakaşvili ötən ilin avqust hadisələrindən sonra layihənin yeni bir nəfəs qazandığını bildirib.

 

Natiq Əliyev: “Azərbaycan “Nabucco” layihəsinin icrasında maraqlıdır”

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev “Nabucco” layihəsi ilə bağlı hökumətlərarası sazişin imzalanmasına həsr olunmuş zirvə toplantısında çıxış edib.

N. Əliyev baş tutan tədbir münasibətilə iştirakçıları təbrik edərək rəsmi Bakının öz karbohidrogen ehtiyatlarını beynəlxalq bazarlara etibarlı şəkildə nəql etməkdə maraqlı olduğunu deyib.

Nazir Azərbaycanın hazırda bir neçə istiqamətdə - Bakı-Ceyhan, Bakı-Ərzurum, Bakı-Supsa və digər marşrutlarla neft-qaz ixrac etdiyini, təkcə Gürcüstan və Türkiyə deyil, eyni zamanda Rusiya, İran və Yunanıstan kimi ölkələrə də enerji ehtiyatları satdığını vurğulayıb. O bildirib ki, Azərbaycan enerji sektorunda digər tərəfdaşlarla əlaqələrin genişləndirilməsində və regionda effektiv nəql dəhlizinin yaradılmasında maraqlıdır.

N. Əliyev Yunanıstan-İtaliya qaz kəməri layihəsi çərçivəsində uğurlu əməkdaşlıq edildiyini və rəsmi Bakının cəlbedici, əlverişli şərtlərlə hər istiqamətdə nəqlin, o cümlədən “Nabucco” qaz kəməri layihəsinin icrasında maraqlı olduğunu söyləyib. O, istənilən halda belə layihələrin bazar iqtisadiyyatının prinsiplərinə, o cümlədən şəffaflıq və istehlakçı razılığına əsaslanmalı olduğunu deyib.

Xəbərlər
Redaktorun seçimi