“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.06.2013, 14:58
452

Millət vəkili Rövşən Rzayev erməni deputatları danışıqlar masasına dəvət edib

“Dağlıq Qarabağın icmaları arasında dialoq başlamalıdır”
A- A+

İyunun 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası işə başlayıb.

Plenar iclasda sərbəst müzakirələr zamanı Azərbaycan deputat qrupundan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komitəsinin sədr müavini, Dağlıq Qarabağın azərbaycanlı icmasının idarə heyətinin üzvü Rövşən Rzayev çıxış edib. 

Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın guya Azərbaycanın ATƏT-in Minsk qrupu həmsədr ölkələri başçılarının G8 sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdikləri bəyanatın bütün müddəalarını qəbul etməməsinə dair dediklərinə düzəliş verən azərbaycanlı millət vəkili xatırladıb ki, Azərbaycan tərəfi də sözügedən bəyanata öz dəstəyini ifadə edib.

 

Millət vəkili nəzərə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanla Azərbaycan arasında baş versə də, bu münaqişə qurbanları ilk növbədə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarıdır.

“Ona görə də biz hesab edirik ki, bu iki xalqın bölgədəki icmaları arasındakı təmaslar yüksək səviyyədə gedən sülh danışıqlar prosesinə öz müsbət töhfəsini verə bilər. Lakin təəssüflər olsun ki, ötən müddətdə mən Assambleya daxilində bunu dəstəkləyən kimisə tapa bilmirəm. Mən bu məsələ ilə bağlı AŞPA sədri Jan-Klod Minyona da müraciət etmişəm. Cənab Minyona təşəkkürümü bildirirəm ki, burada, Assambleya daxilində hər iki nümayəndə heyətini bir masa arxasında görüşdürə bilir.

Amma mən çox istərdim ki, biz bu dialoqu, təmasları daha da artıraq. Burada Ermənistan parlamentarlarına üzümü tutub deyirəm: gəlin, elə indidən başlayaq və birgə dialoq masasına əyləşək. Əmin olmaq istərdim ki, Assambleyada mənim və bu məsələni yalnız danışıqlar vasitəsiylə həll etmək arzusunda olan Dağlıq Qarabağın azərbaycanlı icmasındakı insanların səsini eşidənlər olacaq. Belə bir dialoq hər iki xalqın nümayəndələrinin normal şəraitdə birgə yaşamalarına xidmət göstərəcək”, - deyə Rövşən Rzayev bəyan edib. 

APA

Xəbərlər
Redaktorun seçimi