“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.09.2020, 10:00
882

Avstriyada yaşayan soydaşlarımız və türk diasporu təmsilçilərindən Azərbaycan Ordusuna dəstək

A- A+

Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təxribatı, mülki əhali, yaşayış məntəqələri və infrastrukturu hədəfə alaraq günahsız insanların ölümünə səbəb olması xaricdə yaşayan soydaşlarımızın da hədsiz qəzəb və hiddətinə səbəb olub. Eyni zamanda, rəşadətlə döyüşən Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusuna qarşı cavab zərbələri, işğal olunmuş ərazilərin düşmən tapdağından azad edilməsi barədə xəbərlər böyük ruh yüksəkliyi və coşqu ilə izlənilir. Avstriyanın Vyana, Lints, Hayd, Sankt Pölten və digər bölgələrində yaşayan soydaşlarımız və türk diasporunun nümayəndələri müzəffər Azərbaycan ordusuna dəstəklərini ifadə edib, Qarabağın işğaldan azad edilməsi əməliyyatlarında iştirak etmək istədiklərini bildiriblər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş söyləyib. O qeyd edib ki, “Bir millət, iki dövlət“ prinsipini əldə rəhbər tutan türk diasporunun təmsilçiləri Qarabağın azadlığı uğrunda azərbaycanlı qardaşları ilə çiyin-çiyinə döyüşmək istəyirlər. Gün ərzində çoxlu zəng və müraciətlər qəbul etdiyini bildirən Y.Günəş Vətən və qardaş sevgisinin yaxın gələcəkdə zəfərlə bitəcəyinə, Azərbaycan əsgərinin müqəddəs Vətən torpaqlarını tezliklə işğalçı Ermənistan ordusundan təmizləyəcəyinə inam ifadə edib.

Xəbərlər
Redaktorun seçimi