“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.07.2020, 10:00
494

Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyəti müzakirə olunub

A- A+

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri Abdullah Erenlə videogörüşü keçirilib.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat, hərbçilərimizin, mülki şəxslərin öldürülməsi, təcavüzkar ölkənin işğalçı siyasətini davam etdirməsi ilə bağlı xaricdəki Azərbaycan icmalarının, diaspor təşkilatlarının keçirdiyi dinc aksiyalar barədə müzakirələr aparılıb.

Komitə sədri azərbaycanlıların müxtəlif xarici ölkələrdə dinc, icazəli, sivil formada keçirdikləri aksiyalar və bu aksiyalara əngəl törətmək istəyən ermənilərin təxribatçı hərəkətləri barədə məlumat verib. O qeyd edib ki, ermənilər səfirliklər, konsulluqlar və nümayəndəliklərin binalarına hücumlar edir, müxtəlif vandalizm aktları törədir, azərbaycanlılara qarşı fiziki güc tətbiq edirlər. Faktlar sübut edir ki, ermənilər vandalizm aktlarını, təxribatçı hərəkətlərini əvvəlcədən planlaşdırırlar.

Görüşə görə təşəkkürünü bildirən Abdullah Eren Türkiyə toplumunun hər zaman Azərbaycanın yanında olduğuna bütün dünyanın şahidlik etdiyini vurğulayıb, bundan sonra da hər iki ölkənin diaspor təşkilatlarının birgə fəaliyyətinin əhəmiyyətindən danışıb.

Görüşdə xaricdəki Azərbaycan və Türkiyə icmalarının bundan sonrakı birliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin və Dövlət Komitəsinin koordinasiyası ilə həyata keçirilməsinin önəmi barədə geniş fikir mübadiləsi aparılıb, birgə tədbirlər planı müzakirə edilib. İki qurum arasında qarşılıqlı etimada əsaslanan yüksək əməkdaşlığın 2018-ci ildə imzalanmış “Diasporla iş sahəsində əməkdaşlığa dair anlaşma Memorandumu”na əsasən inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Xəbərlər
Redaktorun seçimi