“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.07.2013, 10:42
1145

Azərbaycan tarixi günbəgün: 18 iyul

A- A+

18 iyul 1908 – Səttərxanın başçılıq etdiyi Məşrutə inqilabı Təbrizdə qələbə çalıb. Təbriz İran inqilabının mərkəzinə çevrilib...

 

18 iyul 1908 – Səttərxanın başçılıq etdiyi inqilab (Məşrutə-Konstitusiya inqilabı) Təbrizdə qələbə çalıb. Səttərxanın fədailər dəstəsi şəhəri “ağ bayraqlar”dan təmizləyib, Təbriz İran inqilabının (1905-1911) mərkəzinə çevrilib. Bir qədər sonra, 1909-cu ildə Cənubi Azərbaycanda demokratik hakimiyyət orqanları qurulmağa başlandı. 1910-cu ilin martında Səttərxanın fədailəri Tehrana yürüşə başladılar, lakin İran monarxiyasının çar Rusiyasını köməyə çağırması ilə inqilab süqut etdi. Təbrizə daxil olan Rusiya qoşunları inqilabçılara divan tutdular.

 

18 iyul 1927 – Tanınmış heykəltəraş, xalq rəssamı, SSRI Rəssamlıq Akademiyasının müxbir üzvü Tokay Məmmədov anadan olub. Bakıda Üzeyir Hacıbəyovun, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin (Ömər Eldarovla birlikdə) heykəllərinin müəllifidir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi kimi gənc heykəltəraşların yetişməsinə öz töhfəsini verib.

 

18 iyul 1988 – SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş geniş iclası keçirilib. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri Mixail Qorbaçovun sədrlik etdiyi iclasda Azərbaycan və Ermənistanın siyasi rəhbərliyi, hər iki respublikanın SSRİ Ali Sovetindəki deputatları iştirak ediblər. Gərgin mübahisələrlə keçən iclasda "Dağlıq Qarabağ barəsində məsələyə dair" SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı qəbul olunub. Sənəddə Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağı ilhaq etmək barədə qərarının yolverilməz olduğu və onun ləğv edilməsinin zəruriliyi vurğulansa da, Yerevan bu çağırışı saya salmadı.

 

18 iyul 2009 – Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentləri İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedev arasında Qarabağ nizamlanması ilə bağlı görüş keçirilib. Bir gün öncə, iyulun 17-də Rusiya paytaxtında Azərbaycan və Ermənistan rəhbərləri arasında Qarabağ danışıqlarının növbəti raundu olmuşdu. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi