“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.07.2013, 10:33
1597

Azərbaycan tarixi günbəgün: 29 iyul

A- A+

29 iyul 1993 – BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinin genişlənməsi və erməni silahlı qüvvələri tərəfindən Ağdam rayonunun işğalı bağlı 853 saylı qətnamə qəbul edib...

 

29 iyul 1989 – Azərbaycandan Ermənistana gedən dəmir yolu xətti Ermənistan ərazisində qatarlara edilən hücumlar nəticəsində bağlanıb. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadaya alınması başlanıb. Bundan sonra Bakı-Naxçivan dəmir yolu xətti qeyri-müntəzəm olaraq, uzun fasilələrlə fəaliyyət göstərib. 1991-ci ilin payızından etibarən Ermənistan ərazisindən qatarlara silahlı basqınlar aramsız hal aldı və dəmir yolu xətti tamamilə bağlandı.

 

29 iyul 1993 – BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinin genişlənməsi və erməni silahlı qüvvələri tərəfindən Ağdam rayonunun işğalı bağlı 853 saylı qətnamə qəbul edib. Qətnamədə erməni silahlı qüvvələrinin Ağdam rayonundan və Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılması tələb olunurdu. Lakin sənəddə Ermənistanın adı təcavüzkar kimi hallanmırdı. Bundan öncəki 822 saylı və sonrakı 874, 884 saylı qətnamələr də eyni təxminən məzmunda qəbul olunmuşdur.

 

29 iyul 2002 – Milli Məclisin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi barədə prezident Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə təqdim olunmuş qanun layihəsi müzakirə edilərək bəyənilib. Qanun layihəsi əsasında Konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq səsverməsi - referendum 2002-ci il avqustun 24-də keçirildi. Əsas Qanuna dəyişikliklər insan hüquqlarının və azadlıqlarının qorunmasının əlavə təminatları, seçki sistemi, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin tənzimlənməsi, məhkəmə hakimiyyətinin rolunun artmasını və s. nəzərdə tuturdu. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi