“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.07.2013, 10:06
1342

Azərbaycan tarixi günbəgün: 14 iyul

A- A+

14 iyul 1969 – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general-mayor Heydər Əliyev respublikanın rəhbəri seçilib...

 

14 iyul 1969 – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda təşkilati məsələyə baxılıb. KP MK-nın 1-ci katibi Vəli Axundovun istefası qəbul olunub. Plenum yekdil qərarla Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general-mayor Heydər Əliyevi Azərbaycan KP MK-nın 1-ci katibi seçib. Bu, Azərbaycanın yeni tarixində güclü lider və rəhbər kimi yer tutacaq, Azərbaycanın inkişafı naminə saysız xidmətlər göstərəcək şəxsiyyətin hakimiyyətə və böyük siyasətə gəlişi idi.

Heydər Əliyev 34 il böyük siyasət səhnəsində olub. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edib, 1983-1987-ci illərdə SSRİ rəhbərliyində yer alıb. 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdaraq 10 il Azərbaycana rəhbərlik edib.

 

14 iyul 1989 – Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi (Steparakert) şəhərində azərbaycanlı əhaliyə qarşı terror aktı həyata keçirilib. R.Zorge küçəsi, 51 ünvanında törədilən partlayış nəticəsində onlarla insan yaralanıb, 26 azərbaycanlı ailəsi evsiz qalaraq şəhəri tərk etməli olub. Ermənilərin Dağlıq Qarabağdakı azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə kampaniyası güclənməkdə idi.

 

14 iyul 1990 – SSRİ prezidenti M.Qorbaçov "Televiziyanın demokratikləşməsi və inkişafı haqqında" fərman imzalayıb. Fərmandan sonra SSRİ ərazisində sürətlə özəl telekanalların açılması prosesi başladı. Azərbaycan fəaliyyətə başlayan (26 noyabr 1991) ilk özəl televiziya kanalı ANS oldu. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi