“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
31.07.2013, 10:25
1732

Azərbaycan tarixi günbəgün: 31 iyul

A- A+

31 iyul 1991 – Moskva-Bakı sərnişin qatarının Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında partladılması nəticəsində 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır...

 

31 iyul 1918 – Daşnak-bolşevik «Bakı Soveti»də parçalanma baş verib. Erməni daşnaklar eser və menşeviklərlə birləşərək bolşevik hökumətini – Stepan Şumayanın başçılıq etdiyi Bakı Kommunasını (Bakı Xalq Komissarları Soveti) deviriblər. “Bakı Kommunası”nnda parçalanma Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı qüvvələrinin (Qafqaz Islam Ordusu) Bakıya yürüşünü önləmək üçün atılacaq addımlarla bağlı idi. Daşnak-eser-menşeviklər Qafqaz Islam Ordusunun qarşısını almaq üçün İrandakı ingilis qoşunlarının köməyə çağırılmasını istəyirdi, bolşevik Rusiyasının planlarını yerinə yetirən Şaumyanın komandası isə buna qarşı idi. Nəticədə birincilər Bakı komissarlarını hakimiyyətdən kənarlaşdıraraq onları Bayıl həbsxanasına salıblar. Səhərisi (1 avqust 1918) Bakıda eser-menşevik və daşnakların «Sentrokaspi diktaturası» quruldu.

 

31 iyul 1926 – Akademik, neft-qaz sahəsində tanınmış alim, ictimai xadim Mithəd Teymur oğlu Abbasov (1926-23.4.2012) Bakıda anadan olub. SSRİ Elmlər Akademiyasının müxbir üzvü olub. 1991-1992-ci illərdə Azərbaycan Respublikasının dövlət katibi işləyib.

 

31 iyul 1991 – Erməni terrorizmi Azərbaycana qarşı növbəti qanlı aksiyanı həyata keçirib. Moskva-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarının Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında partladılması nəticəsində 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

 

31 iyul 2002 – Prezident Heydər Əliyev "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yardılması haqqında" fərman imzalayıb. Fərmana əsasən, Dövlət Sərhəd Xidməti Milli Təhlükəsizilik Hazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında yaradılıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi