“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.07.2013, 10:37
1223

Azərbaycan tarixi günbəgün: 30 iyul

A- A+

30 iyul 1918 – Çar Rusiyası işğalından (1805) sonra Gəncə şəhərinə verilmiş Yelizavetpol adı ləğv olunub, şəhərin tarixi adı bərpa olunub...

 

30 iyul 1435 – Təbriz yaxınlığında Qaraqoyunlu hökmdarı İsgəndərin qoşunları ilə Teymurilər hökmdarı Şahrux və Şirvanşahın birləşmiş qüvvələri arasında döyüş olub. Döyüş Qaraqoyunlu qoşunlarının məğlubiyyəti ilə başa çatıb. Atası Qara Yusifin ölümündən sonra taxta çıxan İsgəndər Qaraqoyunlu dövlətinin ərazisini genişləndirmək üçün bir neçə dəfə Şirvana hücumlar etsə də, istəyinə nail olmamışdı. İsgəndərdən sonra hakimiyyətə gələn Cahan şahın dönəmində Qaraqoyunlu dövləti indiki İran və İraqın böyük hissəsində hakim oldu.

 

30 iyul 1744 – İran taxt-tacının azərbaycanlı (türk) hökmdarı Nadir şah Əfşar Orta Asiya və Hindistan zəfərlərindən sonra Osmanlı üzərinə yürüş edib. Lakin Nadir şahın Qarsı ələ keçirmək cəhdi uğursuz olub. Bu arada Azərbaycanın şimalında Nadir şah əleyhinə üsyanlar başlamışdı. Həmin üsyanların nəticəsi olaraq 1744-cü ildə birinci olaraq Şəkidə Hacı Çələbinin başçılığı ilə müstəqil xanlıq yarandı.

 

30 iyul 1918 – Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə çar Rusiyası işğalından (1805) sonra Gəncə şəhərinə verilmiş Yelizavetpol adı ləğv olunub, şəhərin tarixi adı bərpa olunub. Xalq Cümhuriyyəti hökumətinin digər  qərarı ilə çar Rusiyası dövründə Karyaqin adı verilmiş Cəbrayıl qəzasının da tarixi adı bərpa edilib. 1935-ci ildə Gəncənin adı yenidən dəyişdirilib və sovet liderlərindən olan Sergey Mironoviç Kirovun adı ilə Kirovabad adlandırılıb. 1989-cu ildə təkrar tarixi adı özünə qaytarıldı.

 

30 iyul 1969 - Azərbaycanın Milli Qəhrəmanı Aqil Səməd oğlu Məmmədov (1969-1992) Qubadlı rayonunda anadan olub. 1992-ci il avqustun 7-də Laçın rayonunun Susuzdağ yüksəkliyindəki döyüşdə qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Aqil Səməd oğlu Məmmədova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. 

 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi