“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.07.2013, 10:14
1117

Azərbaycan tarixi günbəgün: 23 iyul

A- A+

23 iyul 1993 – Ermənistanın silahlı qüvvələri Ağdam rayonunun Xıdırlı, Sarıcalı, Qiyaslı və Muradbəyli kəndlərini işğal edərək Ağdam şəhərinə daxil olublar...

 

23 iyul 1916 – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı Maral Rəhmanzadə (1916 - 2008) anadan olmuşdur. Əsərləri bir çox ölkələrdə incəsənət sərgilərində nümayiş etdirilib, Moskvadakı Tretyakov qalereyasında və digər xarici muzeylərdə saxlanılır.

 

23 iyul 1991 – "Nezavisimaya qazeta"da (Rusiya) ittifaq əhəmiyyətli təqaüdçü, Azərbaycan Ali Sovetinin və Naxçıvan Ali Məclisinin deputatı Heydər Əliyevin Sov.İKP sıralarını tərk etməsi barədə bəyanatı dərc olunub. SSRİ rəhbərliyindən istefa verəndən sonra Sov.İKP üzvü kimi Moskvada qeydiyyatda olan H.Əliyev partiyadan çıxmaq barədə iyulun 19-da bəyanat vermiş və ərizəsini Moskvaya, yerli partiya təşkilatına göndərmişdi. Azərbaycanın o vaxtkı rəhbərliyi və Moskva dairələri bəyanatın geniş mətbuata çıxmasına imkan vermədilər. "Nezavisimaya qazeta"da dərc edilən bəyanatında H.Əliyev SSRİ rəhbərliyinin Ermənistanın Azərbaycana qarşı təcavüzünə seyrçi qalmasına etiraz etdiyini və kommunist ideologiyasına inamının məhv olduğunu vurğulamışdı.

 

23 iyul 1993 – Ermənistanın silahlı qüvvələri Ağdam istiqamətində genişmiqyaslı hücumdan sonra rayonun Xıdırlı, Sarıcalı, Qiyaslı və Muradbəyli kəndlərini işğal edərək səhər erkən Ağdam şəhərinə daxil olublar. Günün ikinci yarısında şəhər tamamilə işğal olunub. Sonrakı günlərdə erməni qüvvələri Ağdam rayonunun üçdə ikisini işğal etdi. Ağdamın işğalı Azərbaycanın Dağlıq Qarabağın ətrafında Laçın və Kəlbəcərdən sonra üçüncü böyük itkisi idi. Ağdam Dağlıq Qarabağ ətrafında ən böyük rayondur (əhalisi 160 min nəfər) və onun süqütu Azərbaycanın daha dörd rayonunun işğalını labüd etdi. Ağdamın işğalından dərhal sonra ermənilərin Füzuli-Cəbrayıl istiqamətində hücumu başlandı. Ağdam rayonunun ərazisinin (1093 kv km) üçdə ikisi erməni işğalı altındadır. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi