“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.12.2013, 10:51
1130

Azərbaycan tarixi günbəgün: 9 dekabr

A- A+

9 dekabr 1991 - İslam Konfransı Təşkilatının Seneqalın paytaxtı Dakarda keçirilən zirvə toplantısında Azərbaycan quruma üzv qəbul edilib...

 

9 dekabr 1795 - General Savelyevin başçılıq etdiyi çar Rusiyası qoşunları Dərbənd istiqamətində Azərbaycan ərazisinə soxulublar. Rusiya qoşunları bir ay ərzində Gəncəyədək irəlilədikdən sonra geri qayıdıblar. Bunun ardınca 1796-cı ilin yazında general V.Zubovun başçılığı altında rus qoşunları yenidən Azərbaycanın şimal torpaqlarına hücum ediblər, Dərbənd şəhəri ruslar tərəfindən işğal olunub. Həmin il çar II Yekaterinanın vəfatından sonra rus qoşunları geri qayıtdılar. Bu, Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən işğalına (1801-1828) hazırlıq yürüşləri idi.

 

9 dekabr 1991 - İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının Seneqalın paytaxtı Dakarda keçirilən zirvə toplantısında Azərbaycan Respublikası təşkilata tamhüquqlu üzv qəbul edilib. Bu, müstəqil Azərbaycanın qəbul olunduğu ilk beynəlxalq təşkilat idi. Yeri gəlmişkən, dekabrın 9-u İslam Konfransı Təşkilatının yarandığı gündür. Hazırda 60-a yaxın dövləti birləşdirən təşkilat 1969-cu ildə Mərakeşin paytaxtı Rabatda müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılmışdır. 2011-ci ildən İslam Əməkdaşlıq Təşkilatı adlanır.

 

9 dekabr 1992 - Ermənistan silahlı qüvvələri atəşkəs barədə Soçi razılaşmasını (sentyabr) pozaraq Zəngilan rayonunun sərhəd kəndlərinə hücuma başlayıblar. Üç gün sürən döyüşlər nəticəsində Ermənistan silahlı qüvvələri Zəngilanın 8 kəndini işğal ediblər. Ermənilərin bu ərazidə möhkəmlənməsi 1993-cü ilin payızında Zəngilan rayonunun işğalında mühüm rol oynadı. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi