“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.12.2013, 09:28
1454

Azərbaycan tarixi günbəgün: 30 dekabr

A- A+

30 dekabr 1989 - Sovet dövründə Kirovabad adlanan Gəncə şəhərinin tarixi adı bərpa edilib...

 

30 dekabr 1904 - Bakıda fəhlələrinin ümumi tətilinin neft sənayeçiləri ilə fəhlələr arasında “müştərək müqavilə”nin imzalanması ilə nəticələnib. Bakıda fəhlə hərəkatının bu uğuru sol təmayüllü (bolşevik) təbliğatın tədricən özünə yer etdiyini göstərirdi.

 

30 dekabr 1906 - İran hökmdarı Müzəfərəddin şah Konstitusiyanın qüvvəyə minməsi barədə fərman verib. Fərmanın verilməsi ilə İran konstitusiyalı monarxiyaya çevrilib. Şah ölkədə inqilab dağlasını səngitmək üçün Konstitusiyanın qəbuluna razılıq vermişdi. Bu, Səttarxanın başçılıq etdiyi İran inqilabının (1905-1911) ilk mühüm uğuru idi.

 

30 dekabr 1922 - Moskvada I Ümumittifaq Covetlər qurultayında Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaradıldığı elan edilib. Sovet İttifaqı Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR), Ukrayna SSR, Belorusiya SSR və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR-in birləşdiyi federativ qurum) təsisçiliyi ilə yaradılmışdı. Sonrakı illərdə SSRİ respublikalarının sayı 15-ə çatdı. Qurultayda SSRİ-nin ilk ali idarətemə orqanı - 18 nəfərlik Mərkəzi İcraiyyə Komitəsi (sədr Mixail Kalinin) seçilib. “Zaqfederasiya”dan SSRİ rəhbərliyinə Azərbaycan SSR hökumətinin başçısı Nəriman Nərimanov seçilib.

 

30 dekabr 1989 - Gəncə şəhərinin tarixi adı bərpa edilib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Yelizavetpol adını ləğv edərək şəhərin adını özünə qaytarsa da, sovetləşmədən sonra Gəncə Kirovabad adlandırılmışdı.

 

30 dekabr 1991 - Səudiyyə Ərəbistanı Krallığı Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkənin diplomatik münasibətləri 1992-ci il fevralın 24-də qurulub.

 

30 dekabr 1991- Banqladeş Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. Diplomatik münasibətlər 1992-ci il fevralın 26-da qurulub.

 

30 dekabr 1991- Finlandiya Azərbaycanın dövlət müstəqilliyini tanıyıb. Diplomatik əlaqələr 1992-ci il martın 14-də yaradılıb.

 

30 dekabr 1991- Livan Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi