“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.12.2013, 10:36
1413

Azərbaycan tarixi günbəgün: 8 dekabr

A- A+

8 dekabr 1991 - Belarusun «Belovejskaya Puşşa» qoruğundakı «Viskuli» hökumət iqamətgahında imzalanan bəyanatla SSRİ-nin süqut etdiyi elan olunub...

 

8 dekabr 1901 - Azərbaycan teatrının görkəmli simalarından biri, xalq artisti Mərziyə Davudova (1901-1962) anadan olub. Məşhur aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı, aktrisa Firəngiz Şərifovanın anasıdır. SSRİ-nin Xalq artisti (1949) Mərziyə Davudova 1962-ci il yanvarın 5-də dünyasını dəyişib.

 

8 dekabr 1989 - Ermənistnın Azərbaycana qarşı ərazi iddiaları silahlı hücumlarla müşayiət olunmağa başlayıb. Erməni silahlı dəstələrinin Azərbaycanın sərhəd bölgələrinə intensiv basqınları baş verib. Bu zaman azərbaycanlıların Ermənistandan deportasiyası tamamilə başa çatdırılmış, Dağlıq Qarabağdakı azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə kampaniyası start götürmüşdü. Dekabrın ikinci yarısında erməni silahlı dəstələrinin təxribatçı hücumları Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənara çıxdı. Ermənistandan gələn silahlı dəstələr Xanlar (indiki Göygöl) və Şaumyan (indiki Goranboy rayonunun ərazisi) rayonlarındakı erməni yaşayış məntəqələrində yerləşdirilməyə başlayıb.

 

8 dekabr 1991 - Belarusun Brest şəhəri yaxınlığındakı «Belovejskaya Puşşa» qoruğundakı «Viskuli» hökumət iqamətgahında Rusiya, Ukrayna və Belarusun rəhbərləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç «Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında» bəyanat imzalayıblar. Həmin sənədlə SSRİ-nin təşkilinə dair 1922-ci il 30 dekabr tarixli ittifaq müqaviləsinə xitam verilib. Beləcə Sovet İttifaqı yaranmasının 69-cu ildönümünə üç həftə qalmış süqut etdi. Slavyan üçlüyünün qərarına birinci olaraq Qazaxıstan qoşuldu, dekabrın 21-də isə Azərbaycan da daxil olmaqla keçmiş sovet respublikalarının rəhbərləri Almatıda toplanaraq MDB-nin təsis olunması barədə qərar qəbul etdilər. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi