“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.12.2013, 09:16
1315

Azərbaycan tarixi günbəgün: 16 dekabr

A- A+

16 dekabr 1991 - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib...

 

16 dekabr 1898 - Xalq rəssamı, Azərbaycanın tanınmış karikatura ustası Qəzənfər Xaliqov (1898-1981) anadan olmuşdur.

 

16 dekabr 1934 - Görkəmli şair və tərcüməçi Tofiq Bayram (1934-1991) anadan olub. “Azərbaycan müəllimi” və “Ədəbiyyat və incəsənət” qəzetlərində, “Ulduz” jurnalında, Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, “Yazıçı” nəşriyyatında işləyib. Onlarla şeir və tərcümə kitabının müəllifidir. 1991-ci il aprelin 18-də vəfat edib.

 

16 dekabr 1991 - Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Heydər Əliyevin sədrliyi keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası (parlamentin 50 deputatdan ibarət daimi fəaliyyət göstərən orqanı) müraciəti nəzərə alaraq 31 dekabrın Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul etdi.

 

16 dekabr 2005 - Prezident İlham Əliyev Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılması barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi, Material Ehtiyatları Komitəsi ləğv edilərək onların funksiyaları Fövqəladə Hallar Nazirliyinə verilib. Bundan əlavə, Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsi, DİN-in Dövlət Yanğından Mühafizə İdarəsi, Dövlət Sularda Xilasetmə Xidməti, «İzotop» kombinatı, Dövlət Tikinti və Arxitektura Komitəsinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti yeni nazirliyinin tabeliyinə verilib. Ölkə başçısının 2006-cı ildə imzaladığı sərəncama əsasən, 16 dekabr Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilir. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

 

Xəbərlər
Redaktorun seçimi