“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.12.2013, 09:06
1383

Azərbaycan tarixi günbəgün: 14 dekabr

A- A+

14 dekabr 1919 - Bakıda ərazi mübahisələrinə dair Azərbaycan-Ermənistan konfransı işə başlayıb...

 

14 dekabr 1846 - Rusiya çarı I Nikolay Cənubi Qafqazın inzibati bölgüsündə dəyişikliklər edilməsi barədə fərman verib. Fərmana əsasən, 1841-ci ildə yaradılmış Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayəti ləğv olunub, onların əvəzində 4 quberniya - Tiflis, Kutaisi, Dərbənd və Şamaxı quberniyaları yaradılıb. Azərbaycan torpaqları Tiflis, Dərbənd və Şamaxı quberniyaları arasında bölünüb.

 

14 dekabr 1915 - Görkəmli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudov (1915- 9.6.1989) Tiflisdə anadan olub. Azərbaycan musiqisinin dünyada təbliğinə misilsiz töhfələr verib. "Arşin mal alan" (Əsgər), "Bəxtiyar" (Bəxtiyar) filmlərdə baş rollara çəkilib. Operada (Balaş , "Sevil" - F.Əmirov) çıxış edib. Rəşid Behbudovun 1966-cı ildə yaratdığı və ömrünün sonuna qədər rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı Teatrı hazırda onun adını daşıyır.

 

14 dekabr 1919 - Bakıda Azərbaycan-Ermənistan konfransı işə başlayıb. Noyabrın 23-də tərəflər arasında bağlanmış sazişə uyğun olaraq keçirilən konfrans ərazi mübahisələrinə həsr olunmuşdu. Lakin bir həftə (dekabrın 21-dək) sürən konfrans nəticəsiz bitdi. Azərbaycan heyəti (XİN başçısı F.Xoyski, daxili işlər naziri M.Hacinski) sərhəd mübahisələrinin həllində israr etsə də, erməni tərəf müxtəlif bəhanələrlə bundan yayınıb, Zəngəzur daxil olmaqla heç bir məsələdə razılıq əldə olunmayıb. Bundan bir qədər sonra (yanvar 1920) erməni qüvvələri Zəngəzurda 50-dək azərbaycanlı kəndini talan etdilər.

 

14 dekabr 1927 - Kristalloqrafiya sahəsində məşhur alim, ədəbiyyatşünas, Azərbaycan EA-nın müxbir üzvü Xudu Məmmədov (1927-1988) Ağdamın Mərzili kəndində anadan olub. Keçmiş SSRİ-də ilk dəfə "Kristalloqrafiya və kristallofizika" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib, bu sahədə kəşfləri dünya elmi mərkəzlərində yüksək qiymət alıb. «Naxışların yaddaşı», «Qoşa qanad» kimi populyar kitabların müəllifidir. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi