“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.12.2013, 09:18
1444

Azərbaycan tarixi günbəgün: 28 dekabr

A- A+

28 dekabr 1918 - Bakıda ingilis hərbi qüvvələrinin komandanı general V.Tomson Azərbaycan Xalq Xümhuriyyəti hökumətini rəsmən tanıdığını bəyan edib...

 

28 dekabr 1918 - Bakıda ingilis hərbi qüvvələrinin komandanı general V.Tomson F.Xoyskinin rəhbərlik etdiyi hökuməti Azərbaycan ərazisində yeganə qanuni hakimiyyət kimi tanıdığını bəyan edib. Bu bəyanatdan sonra Cümhuriyyət parlamentini boykot edən rus və erməni deputatlar parlametin işində iştirak etmək qərarına gəldilər. 1919-cu ilin aprelində qurulan 4-cü koalisiya hökumətində erməni («Daşnaksütyun») nazir də yer aldı.

 

28 dekabr 1918 - Xalq Cümhuriyyətinin parlamenti Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris sülh konfransına nümayəndə heyətinin göndərilməsi barədə qərar qəbul edib. Nümayəndə heyəti bir ilə yaxın gərgin diplomatik iş apararaq Azərbaycan Xalq Cümhuriyyətinin dünyanın aparıcı dövlətləri tərəfindən tanınmasına (yanvar 1920) nail oldu.

 

28 dekabr 1920 - Əməkdar elm xadimi, professor Firudin Qasım oğlu Köçərli (1920 - 3.6.2005) anadan olub.

 

28 dekabr 1936 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Zeynəb Xanlarova anadan olub. “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub. Azərbaycan Ali Sovetinin deputatı olub. 1995-ci ildən Milli Məclisin deputatıdır.

 

28 dekabr 1937 - Ədəbiyyatşünas alim, professor Əliyar Qurbanəli oğlu Səfərli Ordubad rayonunun Anabad kəndində doğulub. Azərbaycanın İran İslam Respublikasında səfiri (1994-1998) işləyib.

 

28 dekabr 1941 – Tanınmış şair, publisist Şahmar Əkbər oğlu Əkbərzadə (1941 – 31.8.2000) Ağdam rayonunun Çəmənli kəndində anadan olub.

 

28 dekabr 2006 - Prezident İlham Əliyev «Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında» sərəncam imzalayıb. Bu, 1998-ci il iyunun 18-də qəbul olunmuş «İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı»ndan sonra həmin sahə üzrə ikinci fundamental fəaliyyət sənədi idi.

 

28 dekabr 2010 – Azərbaycan və Toqo arasında diplomatik əlaqələr qurulub. Bununla bağlı rəsmi sənəd Nyu-Yorkda, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyində imzalanıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi