“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.12.2013, 10:13
1200

Azərbaycan tarixi günbəgün: 10 dekabr

A- A+

10 dekabr 1922 - Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələrinin iştirakı ilə I Zaqafqaziya Sovetlər Qurultayı işə başlayıb. Qurultayda Zaqafqaziya Sovet Sosialist Federativ Respublikasının yaradıldığı elan olunub...

 

10 dekabr 1922 - Cənubi Qafqazın üç sovet respublikasının nümayəndələrinin iştirakı ilə I Zaqafqaziya Sovetlər Qurultayı işə başlayıb. Azərbaycandan 175 deputatın iştirak etdiyi qurultayın (10-13 dekabr) yekunu olaraq Zaqafqaziya Sovet Sosialist Federativ Respublikasının yaradıldığı elan olunub. "Zaqfederasiya"nın əsası 1922-ci il martın 12-də Rusiyanın təşəbbüsü ilə təsis edilən Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı ilə qoyulmuşdu. Qurultayda federasiyanın rəhbər orqanı - Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi (150 üzv və 50 namizəd) seçilib. ZSFSR-in yaranması Azərbaycan SSR-i formal müstəqillikdən də məhrum etdi. Eyni zamanda, bu, SSRİ-nin təşkilinə ilk addım idi. Dekabrın 30-da ZSFSR, RSFSR, Ukrayna SSR və Belorusiya SSR ittifaq dövlətini - SSRİ-ni təsis etdilər. "Zaqfederasiya" 1936-cı ilədək mövcud oldu və həmin il Cənubi Qafqazın üç respublikası SSRİ-nin müttəfiq subyektinə çevrildi.

 

10 dekabr 1924 - Xalq şairi, dramaturq, ictiai xadim Nəbi Xəzri (1924-2007) Bakının Xırdalan kəndində anadan olub. Nəbi Xəzri müxtəlif vaxtlarda Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri olub, Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinə rəhbərlik edib. Xalq şairi «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif edilib.

 

10 dekabr 1991 - Dağlıq Qarabağ erməniləri «müstəqillik haqqında referendum» keçiriblər. Bölgədə azərbaycanlı əhaliyə qarşı etnik təmizlənmənin keçirildiyi bir vaxtda təşkil olunan aksiya heç bir hüquqi əsasa malik deyildi. “Referendum” Ermənistandan savayı kimsə tərəfindən tanınmadı. 15 il sonra (10 dekabr 2006) separatçı rejimdə «konstitusiya» qəbulu üzrə keçirilən referendumun da aqibəti eyni oldu.  

 

10 dekabr 1992 – Ermənistan silahlı qüvvələri Azərbaycanın Qubadlı və Zəngilan rayonlarının sərhədyanı kəndlərinə hücum edib. Üç gün davam edən hücumlar nəticəsində Şayıflı, Seyidlər, Ərkənd, Bərəli, Qazançı, Günqışlaq, Pirveyisli, Canbar, Yuxarı Qayalı kəndləri işğal olunub.

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi