“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.12.2013, 09:53
1479

Azərbaycan tarixi günbəgün: 21 dekabr

A- A+

21 dekabr 1999 - Yeni Azərbaycan Partiyasının I qurultayında İlham Əliyev YAP sədrinin müavini seçilib...

 

21 dekabr 1913 - Şair, tərcüməçi Ələkbər Ziyatay (Ələkbər Həsən oğlu Cəfərov, 1913 - 2.7.1982) Gəncədə doğulub. 

 

21 dekabr 1923 - Məşhur müğənni, Xalq artisti Tükəzban Məhərrəm qızı İsmayılova (1923 - 24.3.2008) anadan olub. 

 

21 dekabr 1927 - Tanınmış heykəltəraş, Xalq rəssamı, akademik Ömər Eldarov anadan olub.

 

21 dekabr 1991 - Qırğızıstan Respublikası Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub.

 

21 dekabr 1999 - Yeni Azərbaycan Partiyasının I qurultayında millət vəkili, ARDNŞ-nin 1-ci vitse-prezidenti İlham Əliyev YAP sədrinin müavini seçilib. 2001-ci ilin noyabrında partiyanın növbəti qurultayında İlham Əliyev YAP sədrinin 1-ci müavini seçildi. 2005-ci ildən partiyanın sədridir. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi