“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.03.2013, 16:41
1253

Azərbaycan tarixi günbəgün: 7 mart

A- A+

7 mart 1920 - Bolşevik Rusiyasının xarici işlər naziri Çiçerin Azərbaycan Xalq Cümhuriyyətindən general Denikinlə müharibəyə qoşulmağı tələb edən üçüncü notanı Bakıya göndərib.

7 mart 1911 - Sovet dövlət xadimi Nikolay Baybakov (1911-2008) Bakıda anadan olmuşdur. Sabunçu kəndində neftçi ailəsində doğulan Baybakov 40-50-ci illərdə SSRİ-nin neft sənayesi naziri olub, uzun müddət (1965-1985) SSRİ Nazirlər Soveti sədrinin müavini işləyib.

 

7 mart 1920 - Bolşevik Rusiyasının xarici işlər naziri Çiçerin Azərbaycan Xalq Cümhuriyyətindən general Denikinlə müharibəyə qoşulmağı tələb edən üçüncü notanı Bakıya göndərib. Bundan öncəki iki notaya cavab olaraq (yanvar-fevral) Cümhuriyyət hökuməti bəyan etmişdi ki, belə bir tərəfdaşlıq üçün əvvəlcə bolşevik Rusiyası Azərbaycanın müstəqilliyini tanımalıdır.

 

7 mart 1926 - Azərbaycan xalq şeirinin görkəmli nümayəndələrindən biri Aşıq Ələsgər (1821-1926) vəfat edib. Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulub. Uzun ömür sürən, həyatın çox gərdişindən keçən, 1918-ci ildə qaçqınlıq taleyi yaşayan sənətkar elə doğulduğu kənddə vəfat edib.

 

7 mart 1966 - Azərbaycanın Milli Qəhrəmanı Hikmət Baba oğlu Nəzərli (1966-1992) anadan olub.

 

7 mart 1990 - SSRİ Ali Soveti «Azərbaycan SSR və Ermənistan SSR-də vəziyyət və regionda şəraitin normallaşdırılması tədbirləri haqqında» qərar qəbul edib.

 

7 mart 1991 - Azərbaycanın Ali Soveti SSRİ-nin saxlanılıb-saxlanılmaması barədə referendumda (17 mart 1991) iştirak məsələsini müzakirə edib. Parlamentin kommunist çoxluğu (səsvermədə iştirak edən 303 deputatdan 254-ü) referendumun lehinə səs verib. Bu qərarın əleyhinə 43 deputat (onların arasında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev də vardı) səs vermiş, 6 nəfər bitərəf qalmışdı. Saxtalaşdırılmış referendumdan sonra Mütəllibov iqtidarı Azərbaycan xalqının 90 faizinin SSRİ-nin saxlanılmasına tərəfdar olduğu barədə Moskvaya hesabat verdi. 

 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi