“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.03.2013, 16:29
1499

Azərbaycan tarixi günbəgün: 27 mart

A- A+

27 mart 1945 – Azərbaycan SSR Elmlər Akademiyası fəaliyyətə başlayıb.

27 mart 1917 – Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi seçilib. Quruma M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, M.H.Hacınski, F.X.Xoyski, M.Əsədullayev və digər ziyalılar, milli burjuaziya nümayəndələri daxil idi. 1917-ci ilin Fevral inqilabından sonra, bütün Rusiya imperiyasında olduğu kimi, Azərbaycanda da ikihakimiyyətlik vardı. Bolşeviklər “Bakı Soveti”ni yaratmış, Rusiya Müvəqqəti Hökumətinin yerli hakimiyyət orqanı kimi isə İctimai Təşkilatların İcraiyyə Komitəsi yaradılmışdı. Komitənin aparıcı təşkilatı Müsəlman Milli Şurası idi.

 

27 mart 1927 – Dünya şöhrətli musiqiçi, dirijor Mstislav Rostropoviç (1927-2007) Bakıda anadan olmuşdur. 2007-ci il aprelin 27-də Moskvada vəfat edib.

 

27 mart 1945 – Azərbaycan SSR Elmlər Akademiyası fəaliyyətə başlayıb. Akademiya SSRİ Xalq Komissarları Sovetinin 23 yanvar 1945-ci il tarixli qərarı ilə SSRİ EA-nın Azərbaycan Filialının bazasında təşkil olunmuşdu. SSRİ-nin müsəlman respublikaları arasında ilk Elmlər Akademiyası Azərbaycanda yaranmışdı və respublika üzrə 400 alimin çalışdığı 16 elmi idarəni əhatə edirdi. Tanınmış alim, cərrah Mirəsədulla Mirqasımov Azərbaycan EA-nın ilk prezidenti seçilib.

 

27 mart 1993 – Ermənistan silahlı qüvvələrinin Kəlbəсər rayonuna hücumu başlayıb. Bir həftə sürən hücum 1993-cü il aprelin 2-də rayonun işğalı ilə nəticələndi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi