“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.03.2013, 16:39
1378

Azərbaycan tarixi günbəgün: 13 mart

A- A+

13 mart 1995 – DİN-in Xüsusi Təyinatlı Polis Dəstəsinin (keçmiş "OMON") Qazax rayonundakı bölməsi qiyam qaldırıb.

13 mart 1927 – Azərbaycanın xalq artisti Nodar Şaşıqoğlu (1927-2013) anadan olub. Azərbaycan kinosunda və teatrda bir yaddaqalan obrazlar yaradıb. Onu ən çox məşhurlaşdıran isə “Uzaq sahillərdə” filmindəki “Mixaylo” obrazı olub.

 

13 mart 1938 – SSRİ hökuməti bütün müttəfiq respublikaların məktəblərində rus dilinin icbari tədris olunması barədə qərar verib. Milli dilin məhdudlaşdırılması və ruslaşdırma siyasəti repressiyalarla müşayiət olunurdu. 

 

13 mart 1991 – Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə "Stepanakert" aeroportunun Xocalı rayonu ərazisində yerləşdiyi nəzərə alınaraq onun adı dəyişdirilib və "Xocalı" aeroportu adlandırılıb. Dağlıq Qarabağdakı yeganə hava limanı bir il sonra, 1992-ci ili 26 fevralında Xocalının işğalı nəticəsində ermənilərin nəzarətinə keçdi.

 

13 mart 1992 – Helsinkidə ATƏM-in (1995-ci ildən ATƏT) rəhbər komitəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk təcili iclası çağırılıb. İclasın yekunu olaraq martın 24-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in təşkilatşılığı ilə beynəlxalq konfransın çağırılması (Belarusun paytaxtı Minsk şəhərində) qərara alındı və daha sonra bununla bağlı ATƏT-in Minsk qrupu təşkil edildi.

 

13 mart 1994 – Görkəmli aktyor və rejissor Həsən Əbluc (1942-1994) vəfat edib. Həsən Abbasqulu oğlu Əbluc 1942-ci il aprelin 22-də Təbrizdə anadan olmuşdu.

 

13 mart 1995 – DİN-in Xüsusi Təyinatlı Polis Dəstəsinin (keçmiş "OMON") Qazax rayonundakı bölməsi Qazax və Ağstafa rayonunun inzibati idarə binalarına, bölgədəki hərbi hissəyə basqın edərək onların fəaliyyətini iflic edib. Hər iki rayonda faktiki olaraq dövlət əleyhinə qiyam baş vermişdi, ölən və yaralananlar vardı. Bu hadisələr Azərbaycanda dövlət çevrilişinə cəhdin ("OMON qiyamı") başlanğıcı idi.

 

13 mart 2002 – Prezident Heydər Əliyevin imzaladığı əfv fərmanına əsasən, 81 məhbus azadlığa buraxılıb. Əfv olunanların böyük əksəriyyəti (75 nəfər) Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə və ərazi bütövlyünə qarşı törədilmiş cinayətlərdə iştirak etmiş şəxslər idi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi