“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.03.2013, 16:35
1540

Azərbaycan tarixi günbəgün: 19 mart

A- A+

19 mart 1994 – Erməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakı metropolitenin «20 Yanvar» stansiyasında terror aktı törədilib.

19 mart 1910 – Səttarxanın rəhbərliyi ilə İranda şah rejiminə qarşı başlanan inqilab (1905-1911) Cənubi Azərbaycanda qələbə çaldıqdan sonra Tehrana doğru yürüş başlanıb. Səttarxan və Bağırxanın başçılıq etdiyi fədai dəstələri Təbrizdən Tehrana yola düşüblər. Lakin şah rejiminin çar Rusiyasını köməyə çağırması ilə inqilab süqut (1911) etdi. Təbrizə daxil olan Rusiya qoşunları inqilabçılara divan tutdular.

 

19 mart 1919 –  Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkədə fəhlələrin iş və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaradılan Fəhlə məsələsi üzrə Xüsusi Müşavirənin statusunu təsdiq edib. Əmək Nazirliyinin nəzdində yaradılan yeni qurum (fəhlələrin və sahibkarların nümayəndələrindən (hər tərəfdən 10 nəfər) ibarət məşəvrətçi heyət) dərinləşən sosial-iqtisadi böhranda hökumətin fəhlələrlə bağlı siyasətini tənzimləməli idi.

 

19 mart 1994 – Erməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakı metropolitenin «20 Yanvar» stansiyasında terror aktı törədilib. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Terror aktının Ermənistan xüsusi xidmət orqanlarında təlimlər keçmiş separatçı «Sadval» ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyi müəyyən edilib, təxribatçı qrupun üzvləri cinayət məsuliyyətinə cəlb edilib.

 

19 mart 2004 – Prezident İlham Əliyev Bratislavada (Slovakiya) “Daha geniş Avropaya istiqamət: yeni gündəlik” adlı beynəlxalq konfransda iştirak edib. Konfransda Avropa Birliyi üzvlüyünə namizəd və AB ilə tərəfdaş olan ölkələr iştirak edirdi. Azərbaycan prezidenti konfransda «Avropanın Qara dəniz və Qafqaz qonşuluğu» mövzusunda müzakirələrdə çıxış edib.

 

19 mart 2004 – Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında yeni ərazi-inzibati vahid – Kəngərli rayonu təşkil olunub. Kəngərli rayonu muxtar respublikanın Babək və Şərur rayonlarından ayrılmış kəndlər əsasında yaradılıb. Rayon cənub və cənub-qərbdə Iran, şimal və şimal-şərqdə Ermənistanla həmsərhəddir. Ərazisi 682  kvadrat kilometr, əhalisi 27 min nəfərdir (2009-cu il). Rayonun mərkəzi Qıvraq qəsəbəsidir. Rayonda 1 qəsəbə, 10 kənd var. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi