“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.03.2013, 16:43
1394

Azərbaycan tarixi günbəgün: 2 mart

A- A+

2 mart 1992 – Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sessiyasında quruma üzv qəbul olunub.

Keçmiş SSRİ respublikalarının təşkilata qəbulu hələ 1991-ci ilin sentyabrında BMT Baş Assambleyasının 46-cı sessiyasında gündəmə gəlmiş və həmin vaxt Baltikyanı respublikalar (Litva, Latviya, Estoniya) BMT-yə qəbul edimişdi. Rusiya, Ukrayna və Belarus hələ SSRİ dövründən formal olaraq BMT-nin üzvü idi və  Sovet İttifaqının süqutu ilə avtomatik olaraq bu statusu əldə etdilər. Qalan 9 müttəfiq respublika barəsində qərar isə sonraya saxlanılmışdı.

1992-ci il martın 2-də Baş Assambleya keçmiş SSRİ-nin 8 respublikasını (Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Moldova) BMT-yə qəbul etdi. Gürcüstanda Qamsaxurdia iqtidarının devrilməsindən sonra legitim hakimiyyət bərqərar olmadığı üçün Baş Assambleya bu respublika barəsində qərarı bir qədər sonra, 1992-ci il iyulun 31-də qəbul etdi.

Əlavə bax:

http://www.un.org/ru/members/


2 mart 2005 – Tanınmış jurnalist, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov Bakıda qətlə yetirilib. Hadisə geniş ictimai, beynəlxalq rezonans doğurdu. Prezident İlham Əliyev jurnalistin qətlini ölkədə ictimai-siyasi sabitliyə və söz azadlığına qarşı yönəlmiş addım, demokratik inkişafa vurulmuş zərbə kimi qiymətləndirdi. Ötən müddətdə istintaq hərəkətləri davam etdirilsə də, Elmar Hüseynovun qətlinin üstü açılmayıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi