“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.03.2013, 16:38
1427

Azərbaycan tarixi günbəgün: 15 mart

A- A+

15 mart 1995 - Bakıda Xüsusi Təyiatlı Polis Dəstəsinin qiyamı başlanıb. XTPD qüvvələri Bakının 8-ci km qəsəbəsindəki qərargahda istehkam quraraq ölkə rəhbərliyinin istefasını tələb ediblər.

15 mart 1893 – Azərbaycan saz-söz sənətinin tanınmış nümayəndəsi Aşıq Şəmşir (Şəmşir Qurban oğlu Qocayev, 1893-1980) Kəlbəcər rayonunun Dəmirçidam kəndində anadan olub.

 

15 mart 1897 - Xalq artisti, məşhur aktyor Ağasadıq Ağaəli oğlu Gəraybəyli (1897-1988) Şamaxıda anadan olub. Bəxtiyar” (Ağabala Hüseynov), “O olmasın, bu olsun” (Rüstəm bəy), “Qızmar günəş altında” (Sərdarov) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

15 mart 1941 - Tanınmış şair, tərcüməçi, publisist İsa Mustafa oğlu İsmayılzadə (1941 - 14.7.1997) Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olub.

 

15 mart 1991 - SSRİ-də rəsmi səfərdə olan Türkiyə prezidenti Turqut Özal Bakıya gəlib. Bu, Türkiyənin dövlət başçısının Azərbaycana ilk səfəri idi.

 

15 mart 1995 - Bakıda Xüsusi Təyiatlı Polis Dəstəsinin qiyamı başlanıb. XTPD qüvvələri Bakının 8-ci km qəsəbəsindəki qərargahda istehkam quraraq ölkə rəhbərliyinin istefasını tələb ediblər. Qiyamçılara XTPD-nin rəhbəri, daxili işlər nazirinin müavini Rövşən Cavadov və qardaşı Mahir Cavadov (Xətai rayonunun keçmiş prokuroru) başçılıq ediblər. Prezident Heydər Əliyev məsələni dinc yolla sahmanlamağa çalışsa da, əks tərəf dialoq təklifini rədd edib. Bundan sonra R.Cavadov daxili işlər nazirinin müavini vəzifəsindən azad edilib.

 

15 mart 1997 - Milli Məclis Rusyianın Ermənistana gizli silah satması ilə bağlı bu ölkənin rəhbərliyinə etiraz bəyanatı göndərib. Rusiyanın 1994-1997-ci illərdə Ermənistana 1 mlrd. dollar dəyərində silah satması barədə faktlar Rusiya Dövlət Dumasının deputatı Lev Roxlin tərəfindən açıqlanmışdı.

 

15 mart 2001 - ABŞ dövlət katibi Kolin Pauell Azərbaycan və Ermənistan prezidentlərinin növbəti danışıqlar raundunu Florida ştatının Ki Vest şəhərində keçirmək təşəbbüsü ilə çıxış edib. Danışıqlar aprelin əvvəlində keçirildi.

 

15 mart 2003 - Azərbaycanda Mətbuat Şurası yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Şuranın rəhbər heyəti seçilib.  

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi