“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.03.2013, 16:39
1219

Azərbaycan tarixi günbəgün: 12 mart

A- A+

12 mart 1992 – Qazax rayonunun Aşağı Əskipara, Ağdərə rayonunun Sırxavənd, Qaraşlar, Bəşirlər, Baş Güneypəyə, Orta Güneypəyə, Xatınbəyli, Manikli kəndləri erməni silahlı qüvvələri tərəfindən işğal edilib.

12 mart 1906 – Xalq şairi Süleyman Rüstəm (1906-1989) anadan olmuşdur. Süleyman Rüstəmin Böyük Vətən müharibəsi (1941-1945), Cənubi Azərbaycan mövzusunda əsərləri xüsusilə məhşurluq qazanıb.

 

12 mart 1933 – Xalq şairi Cabir Novruz (1933-2002) anadan olub. Şairin əsərlərində yüksək lirika ilə bərabər vətəndaş mövqeyi daim aparıcı xətt təşkil edib. Cabir Novruz 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.

 

12 mart 1922 – Bolşevik Rusiyasının təşviqi ilə gələcək SSRİ-nin təməli kimi üç Cənubi Qafqaz respublikasının (Azərbaycan, Gürcüstan, Ermənistan) ittifaqını - Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı yaradılıb. Bundan 9 ay sonra, 1922-ci il 30 dekabrında Zaqfederasiya SSRİ-nin qurucu subyektlərindən biri oldu.

 

12 mart 1992 -  Qazax rayonunun Aşağı Əskipara kəndi erməni silahlı qüvvələri tərəfindən işğal edilib.

 

12 mart 1992 – Azərbaycanın Dağlıq Qarabağ bölgəsində - keçmiş Ağdərə (Mardakert) rayonunun Sırxavənd, Qaraşlar, Bəşirlər, Baş Güneypəyə, Orta Güneypəyə, Xatınbəyli, Manikli kəndləri erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Bu ərazilər 1992-ci ilin yayında Azərbaycan ordusu tərəfindən azad edilsə də, sonra yenidən işğal olunub. Ağdərə rayonu Şuşadan sonra Dağlıq Qarabağda ən çox azərbaycanlı əhalisi olan ikinci rayon idi. İşğala qədər rayonun 14 kəndində 14 mindən çox azərbaycanlı yaşayıb.

 

12 mart 1992 – Azərbaycan Respublikası Daxili Qoşunlarının yarandığı gündür. Azərbaycanın Daxili Qoşunları DİN-in tərkibində struktur kimi 1991-ci ilin sonunda formalaşıb. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə qarşı ilk döyüşdə Daxili Qoşunlar 1992-ci il martın 12-də iştirak edib. Prezident Heydər Əliyevin 9 mart 1995-ci il tarixli fərmanı ilə 12 mart Daxili Qoşunlar günü elan edilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi