“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.03.2013, 21:51
1124

Azərbaycan tarixi günbəgün: 29 mart

A- A+

29 mart 1803 – Gürcü çarlıqlarını ələ keçirən Rusiya qoşunları Azərbaycanın şimal-qərbinə - Car-Bəlakənə hücum ediblər.

Bir ay sonra Car-Balakən Rusiyanın tabeçiliyinə keçməyə məcbur edildi. Bu, çar Rusiyası tərəfindən Azərbaycan torpaqlarının işğalının başlanğıcı idi.

 

29 mart 1939 - Görkəmli yazıçı, dramaturq Süleyman Sani Axundov (1875-1939) vafat edib. Süleyman Sani Axundov 1875-ci il oktyabrın 3-də Şuşa şəhərində anadan olmuşdu.Yazıçının «Qorxulu nağıllar» adı altından toplanan hekayələri Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır.

 

29 mart 1959 – Azərbaycanın Milli Qəhrəmanı İlqar İsmayılov Bakıda anadan olub (1959-1992). Paytaxtın Nərimanov rayonunda 45 saylı orta məktəbdə təhsil alıb, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnsitiutunu bitirib. Milis (polis) orqanlarında çalışıb. Qarabağ müharibəsi başlayandan sonra Şuşa və Ağdam rayonu ərazilərində gedən döyüşlərdə fəal iştirak edib. 1992-ci il oktyabrın 1-də Laçın rayonunun Mazutlu kəndi yaxınlığında Qızartı yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə kapitan İsmayılov İlqar Sədi oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 

29 mart 1976 – Görkəmli ədəbiyyatşünas alim, akademik Feyzulla Qasımzadə (1898-1976) vəfat edib. Feyzulla Qasımzadə 1898-ci il oktyabrın 19-da Bakının Mərdəkan kəndində anadan olmuşdu. Uzun müddət Bakı Dövlət Univürsitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik edib.

 

29 mart 1994 – Milli Məclisdə 1990-cı il 20 Yanvar hadisələri bağlı iki aya yaxın sürən müzakirələr yekunlaşıb. Müzakirələr prezident Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdı. Parlament 20 Yanvara geniş hüquqi-siyasi qiymət verən qərar qəbul edib.

 

29 mart 2001 – Prezident Heydər Əliyev Azərbaycan Respublikasında II Özəlləşdirmə Proqramına əsasən, rabitə, nəqliyyat, balıqçılıq, nəşriyyat-poliqrafiya və digər sahələr üzrə dövlət müəssisələrinin özəlləşdirməsinə dair sənədlər paketini imzalayıb. Paketə 10-dək sərəncam daxil idi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi