“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.12.2013, 10:23
1455

28 dekabr

A- A+

28 dekabr 1936 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Zeynəb Xanlarova anadan olub...

Azərbaycan

 

28 dekabr 1918 - Şair İbrahim Kəbirli (1918-1995) anadan olub.

 

28 dekabr 1920 - Fəlsəfə elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının akademiki, Əməkdar elm xadimi Firudin Qasım oğlu Köçərli (1920 - 3.6.2005) Gədəbəy rayonun İsalı kəndində anadan olub. EA-nın Fəlsəfə və Hüquq İnistitutunun direktoru (1967-1985) işləyib.

 

28 dekabr 1927 – Bəstəkar, Əməkdar incəsənət xadimi Nəriman Həbib oğlu Məmmədov Naxçıvan şəhərində doğulub. Əsərləri: “Qurbanəlibəy” musiqili komediyası, «Şeyx Sənan» baleti, “Hüseyn Cavid» simfoniyası və s.

 

28 dekabr 1936 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Zeynəb Xanlarova anadan olub. Azərbaycan musiqisinin dünyada təbliği və tanınmasına böyük töhfələr verib. Opera tamaşalarında ("Leyli və Məcnun", "Əsli və Kərəm") baş rolları ifa edib. “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub. 1995-ci ildən 4 dəfə Milli Məclisin deputatı seçilib.

 

28 dekabr 1937 - Ədəbiyyatşünas alim, professor Əliyar Qurbanəli oğlu Səfərli (1937 - 4.1.2017) Ordubad rayonunun Anabad kəndində doğulub. Azərbaycanın İran İslam Respublikasında səfiri (1994-1998) işləyib.

 

28 dekabr 1941 – Tanınmış şair, publisist Şahmar Əkbər oğlu Əkbərzadə (1941 – 31.8.2000) Ağdam rayonunun Çəmənli kəndində anadan olub. "Anama layla", "Sevgi borc verilməz", "Ona yanıram ki", "Haqqa pəncərə" və s. kitabların müəllifidir. 1991-2000-ci illərdə "Mədəniyyət" qəzetinin baş redaktoru olub.

 

Dünya

 

28 dekabr Beynəlxalq kino günüdür. 1895-ci ilin həmin günü Parisdəki “Qran-kafe”də Lui və Ogüst Lümyer qardaşları özlərinin icad etdikləri “Sinematoqraf” aparatı ilə ilk kinofilmi (“Fəhlələrin fabrikdən çıxması”) nümayiş etdiriblər.

 

28 dekabr 1888 - Alman kinorejissoru, səssiz kinonun görkəmli nümayəndəsi Fridrix Vilhelm Murnau (Friedrich Wilhelm Murnau, 1888-1931) anadan olub.

 

28 dekabr 1903 - Rus kinorejissoru Mixail Konstantinoviç Kalatozov (1903 - 1973) anadan olub. “Durnalar uçur” filmi Kann kinofestivalının qalibi (1957) olub.

 

28 dekabr 1908 - Məşhur monumentalist heykəltəraş, SSRİ Xalq rəssamı Yevgeni Viktoroviç Vuçetiç (1908-1974) anadan olub.

 

28 dekabr 1925 - Görkəmli rus şairi Sergey Yesenin (3.10.1895 - 1925) vəfat (intihar) edib. 1924-cü ildə Bakıda yaşayıb. Mərdəkan qəsəbəsində şairin xatirə muzeyi var.

 

28 dekabr 1945 - Məşhur Amerika yazıçısı Teodor Drayzer (Theodore Herman Albert Dreiser; 27.8.1871 - 1945) vəfat edib. “Maliyyəçi”, “Titan”, “Dözümlü adam” (“Arzular trilogiyası”), “Kerri bacı”, “Cenni Gerhardt”, “Amerika faciəsi”, “Dahi” və s. romanların müəllifidir. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi